Materiallar/hazırlıq

• Kağız, rəngli qələm və markerlər
• Hər cütlük üçün böyük kağız
• Kollaj üçün materiallar (istəyə görə)
• Şəkillər

Təlimatlar

1. Şəkilləri hamının görə biləcəyi şəkildə düzün.
2. Fotoqraflar və şəkil redaktorlarının oxuyucuların diqqətini müəyyən məsələyə çəkmək üçün şəkilləri necə kəsdiyini izah edin.
3. İştirakçılardan cütlüklərdə işləməyi və üzərində işləmək istədikləri şəkili seçməyi xahiş edin. Onlardan şəkili təhlil etməyi və onu böyük kağıza yapışdırmağı xahiş edin. Onlar şəkilin sərhədləri xaricində nə baş verdiyinin şəkilini çəkməli; onu kəsilən hissə ilə yenidən birləşdirməlidirlər.
4. İştirakçılardan işlərini bölüşüb aşağıdakıları müzakirə etməyi xahiş edin:
• Niyə fotoqraflar və şəkil redaktorları şəkilləri kəsirlər?
• Şəkillərin kəsilməsi senzura sayıla bilər?

Fasilitator üçün məsləhətlərGoto top

İştirakçılar öz geniş şəkillərini daha realistik və ya xəyali etməkdə sərbəst olmalıdırlar. Mümkünsə, bu məşğələni kompyuterdəki dijital şəkillər vasitəsilə edə bilərsiniz.