Materiallar/hazırlıq

• Hər cütlük üçün bir şəkil (İki və ya daha artıq cütlüyə eyni şəkil verilməlidir)
• Hər iki şəxs üçün bir kağız və qələm
• Yapışdırıcı

Təlimatlar

1. İştirakçılardan cütlüklərə ayrılmağı xahiş edin. Onlara şəkillər, kağız və qələmləri paylayın.
2. Onları şəkillə bağlı Kim? Nə? Harada? Nə vaxt? və Necə? suallarını təhlil etməyə dəvət edin.
3. İştirakçılardan şəkili kağıza yapışdırıb şəkildəki obrazlar üçün nitq qabarcıqları yazmağı xahiş edin.
4. Cütlüklərdən işlərini paylaşmağı xahiş edin və qısa şəkildə təhlil edin:
• Şəkilləri təhlil etmək və nitq qabarcıqları yazmaq nə qədər çətin idi?
• Eyni şəkil üzərində işləyən cütlüklərin təhlilləri bir-birindən necə fərqlənir?
• İştirakçılar şəkillər və nitq qabarcıqlarında hansı stereotipləri aşkarladılar?

Fasilitator üçün məsləhətlərGoto top

Siz qrupu insan şəkilləri ilə məhdudlaşdırılmamalısınız. Heyvanların da şəkillərindən istifadə edə bilərsiniz. Əgər iştirakçıların stereotiplər barəsində düşünməsini istəyirsinizsə, bu cür yanaşma faydalı ola bilər. Siz heyvanların karikaturalarda stereotip kimi istifadəsindən danışa və qrupu öz şəkilləri və nitq qabarcıqlarında bənzər stereotipləri axtarmağa yönəldə bilərsiniz. 5-ci fəsildəki Panço rəsmlərinin bəziləri bu məşğələ üçün yaxşı material sayıla bilər.Goto top