Bu məşğələni ilk dəfə görüşən şəxslər üçün istifadə edin, çünki o, adları təqdim etməklə yanaşı həmrəylik və hörməti təbliğ edir.

Təlimatlar

1. Hamıdan dövrədə dayanmağı xahiş edin.

2. İstənilən bir iştirakçını adını deməyə dəvət edin (məs. Benjamin).

3. Qrupdakı digər şəxslərdən səsləndirilmiş adın baş hərfi ilə başlayan müsbət sifətləri düşünməyi xahiş edin, məs., B ilə.

4. Benjamindən təkliflərdən birini seçməyi xahiş edin.

5. İndi isə, Benjaminin sağında dayanan iştirakçını “Salam, gözəl Benjamin. Mənim adım … (məs. Leyladır)” deməyə dəvət edin.

6. Qrupdan Leyla adına uyğun sifət tapmağı xahiş edin.

7. İndi isə, sıradakı şəxsdən, “Salam, gözəl Benjamin və sevimli Leyla, mənim adım…”

8. Hər kəs təqdim olunana qədər dövrə boyunca davam edin.

Fasilitator üçün məsləhətlərGoto top

Şəxsi təsvir edən sifətlərin deyil, baş hərfi şəxsin adının baş hərfi ilə eyni olan müsbət sifətlərin tapılmasının vacib olduğunu xatırlamaq lazımdır.

Digər iştirakçıların təklif etdikləri sifətlərin arasında özləri üçün birini seçmək hər şəxsin öz seçimidir.

Fasilitator kimi siz, başqa heç kim fikir irəli sürə bilmədikdə, istənilən ad üçün müsbət sifətlər təklif etməyə hazır olmalısınız.

Daha əyləncəli versiya hər kəsin öz adını deyərkən seçdiyi müəyyən hərəkəti etməsidir. Məsələn, Benjamin öz təpəsini sığallaya bilər. Bu halda, qrup adı, hərəkəti və sifəti yadda saxlamalıdır.