20 fevral 2019-cu il tarixdə Avropa Şurası və Azərbaycan Respublikası Ədliyyə Akademiyası sertifikatların təqdimat mərasimini keçirdi.
Sertifikatlar HELP Təlimçilər üçün Təlimi uğurla başa vuran 26 təlimçiyə, 2018-ci ilin oktyabr-dekabr aylarında keçirilən “Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinə Giriş” adlı 10 həftəlik HELP distant kursunu uğurla başa vuran 31 hüquqşünas tələbəyə və yeni məzunlara, o cümlədən 2018-ci ilin sentyabr-dekabr aylarında Azərbaycan Respublikası Ədliyyə Akademiyasının hüquq klinikasında təcrübə proqramını uğurla başa vuran 29 hüquqşünas tələbəyə təqdim edildi.
Avropa Şurasının Azərbaycandakı Ofisinin Rəhbəri, səfir Zoltan Hernyes və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının Rektor vəzifəsini icra edən cənab Elçin Xələfov təqdimat mərasimində iştirak edərək, sertifikatları uğurlu iştirakçılara təqdim etdilər.
Bu fəaliyyət Şərq Tərəfdaşlığı ölkələri üçün Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGG) proqramının bir hissəsi olan və Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində təşkil edilib.