Sentyabrın 21-22-i “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” adlı Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi çərçivəsində HELP üzrə (Hüquqşünaslar üçün İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) təlimçilərin təlimi keçirilir. Təlimin məqsədi iştirakçılara HELP təlim metodologiyası barədə ətraflı məlumat verməklə, Avropa Şurasının HELP kurslarını milli səviyyədə apara biləcək yerli təlimçilərin hazırlanmasıdır.
Təlimin açılışı Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov, Vəkillər Kollegiyasının aparatının rəhbəri Fərhad Nəcəfov və AŞ-nın Bakı Ofisinin layihə meneceri Vəfa Rövşənova tərəfindən edilmiş, natiqlər tərəfindən bu kimi təlimlər nəticəsində təlimçilərin insan hüquqları üzrə tədrisin müasir metodlarına yiylənmələrinin əhəmiyyəti vurğulanmışdır.
Təlimdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri də iştirak etmişlər. Qeyd olunamalıdır ki, hazırda ölkə üzrə HELP metodologiyası üzrə 16 təlimçinin 10-u Vəkillər Kollegiyasının üzvləridir ki, bugünkü təlimin nəticəsində təlimçilərinin ümumən 30-dək artacağı gözlənilir.
Təlim nəticəsində vəkillərə HELP metodologiyası üzrə tədris fəaliyyəti ilə məşğul olmağa icazə verən beynəlxalq Sertifikat təqdim olunacaq və həmin şəxslər HELP təlimçilərinin bazasına daxil ediləcəklər.
Qeyd olunmalıdır ki, təlimi Avropa Şurasının beynəlxalq ekspertləri Valentina Boz və Suriya Rzayeva tərəfindən aparılmaqdadır.
News - Azərbaycan
2014'ten haberler mi arıyorsunuz?