İndi mümkünsüz olduğunu düşündüyümüz bir şey başqa dövrdə mümkün olacaqdır

Konstans Beyker Motley1

Xülasə

Bu məşğələdə iştirakçılar inamların necə formalaşdığını, tətbiq olunduğunu və zamanla dəyişdiyini müzakirə edirlər.

Əlaqədar hüquqlar

• Düşüncə, vicdan və din azadlığı
• Fikir və ifadə azadlığı
• Cəmiyyətin mədəni həyatında azad şəkildə iştirak etmək hüququ

Məqsədlər

• İnamların sosial quruluşunun başa düşülməsini inkişaf etdirmək
• Tənqidi düşünmək və müzakirə bacarıqlarını inkişaf etdirmək
• Açıqfikirlilik və öyrənməyə marağı təşviq etmək

Materiallar

• Hər kiçik qrup üçün bəyanat kartlarının bir dəsti
• Hər qrup üçün böyük vərəq və qələmlər

Hazırlıq

Materialın surətini çıxardın, yeni bəyanatlar əlavə edin və ya lazım gələrsə ləğv edin və bəyanatları kəsin. Hər kiçik qrup üçün bir dəst kart düzəldin.

compass-key-date
  • 5 OktyabrDünya Müəllimlər Günü

Təlimatlar

1. Bu məşğələnin inamların zamanla necə dəyişdiyi barəsində olduğunu izah edin. İlk öncə, iştirakçılar keçmiş nəsillərin malik olduğu və indi onların köhnəlmiş hesab etdiyi
inamları, daha sonra, özlərinin malik olduğu və onların uşaqları və nəvələrinin köhnəlmiş hesab edəcəyi inamları müzakirə edəcəklər.
2. İştirakçıların “inam” dedikdə nə başa düşdüyü ilə bağlı beyin fırtınası aparın.
3. İştirakçılardan 5 – 6 nəfərlik kiçik qruplara ayrılmağı xahiş edin.
4. Hər qrup böyük vərəqdə qısa qeydlər aparıb ümumi sessiyada məlumat verəcək nümayəndə seçməlidir.
5. Qruplardan bəyanatlara baxıb nənə-babalarının vaxtı ilə müqayisədə dəyişmiş 5 bəyanatı seçməyi və onların üzərində çalışmağı xahiş edin.
6. Seçilmiş kartları sıra ilə götürün və onların nənə-babalarının bəyanatla bağlı malik olduğu inamları müzakirə edin. Həmin inamlar haradan gəlirdi? Onlar özünü necə göstərirdi? Keçmişə nəzər salsaq, onlar müdrik inamlar idi? Niyə/ niyə yox?
7. Bundan sonra, sizin uşaqlarınız və ya nəvələrinizin vaxtında həyatın necə olacağını təsəvvürünüzə gətirin və onların nəyə inanacaqlarını müzakirə edin. Seçilmiş bəyanatlar üzrə onların inamları sizinkindən necə fərqlənəcək? Niyə fərqlənəcək?
8. Qrupları ümumi sessiyaya toplayıb hər qrupdan nəticələrini qısaca bölüşməyi xahiş edin.

Təhlil və qiymətləndirməGoto top

“Uydurmaq” məlumatı və ya vəziyyəti xüsusi formada, öz fikirləriniz və özünüzü yaxşıgöstərməklə təqdim etməkdir. (Oksford Lüğətindən)

İlk əvvəl, məşğələni qısa şəkildə nəzərdən keçirin, daha sonra, inamlar və dəyərlərin dəyişdiyi qloballaşmış dünyada yaşamağın çətinliklərini müzakirə edin.

• Qruplarda güclü narazılıqlar olub?
• Müxtəlif qrupların yanaşmaları necə fərqlənir?
• İnamlarımızı haradan əldə edirik? Keçmişdə olanları və gələcəkdə olacaqları təsvir etmək üçün ümumi məsələlər var?
• İnamlar niyə dəyişir?
• Dəyişməyən inamlar var? Əgər belədirsə, onlar hansılardır və niyə? Əgər belə deyilsə, niyə inamlar mütləq deyil?
• Ümumi inamlara malik olmağın üstünlükləri hansılardır?
• İnamlarımız bizi necə məhdudlaşdırır?
• Nə sizi inamlarınızı dəyişməyə vadar edə bilər?
• İnamları dəyişmək nə qədər asandır? Hansı inamları dəyişmək daha çətin və hansıları dəyişmək daha asandır? Niyə?
• İnsanlar özlərini propaqanda və yanlış iddialardan, məsələn, siyasətçilərin uydurmaları, iqlim skeptiklərinin şübhələri və ya qondarma təşkilatlar üçün pul yığmaq məqsədilə edilən hiylələrdən, necə qoruya bilərlər?
• Fikir və ifadə azadlığının məhdudlaşdırılmasına nümunələr gətirin. Bu məhdudiyyətlərə kim tərəfindən qərar verilməlidir?
• Cəmiyyətinizdə, ölkənizdə, Avropa və daha geniş dünyada düşüncə, vicdan və din azadlığının pozulması ilə bağlı nümunələr sadalaya bilərsiniz?

Fasilitator üçün məsləhətlərGoto top

İştirakçılar kiçik qruplarda işləsələr də, bəzi şəxslər müəyyən məsələlərlə bağlı öz fikirlərini bildirməyə utana bilərlər. Bu problemin öhdəsindən gəlməyin bir yolu dostlar və bir-biri ilə özlərini rahat hiss edən şəxslərin birgə işləməsini təmin etmək üçün kiçik qrupların tərkibinə nəzarət etməkdir. Digər üsul, əvvəlcə iştirakçılara daha az “qorxuducu” olan mövzuları təqdim etmək, daha sonra, özünəinam artdıqca mübahisəli məsələləri qaldırmaqdır. İnsan hüquqlarına hörmət etməyin norma olduğu bir dünya qurmaq prosesində bir çox insanların inamları ilə bu və ya digər şəkildə ziddiyyətlər yaranacaqdır.

Belə ki, məşğələnin məqsədi iştirakçılara insanların inamlarının sosial şəkildə formalaşdığını və onların yaşadıqları cəmiyyət və dövrün məhsulları olduğunu izah etməkdir. Məşğələnin sonunda iştirakçıların inamların niyə dərin köklərə malik olduğunu və onlara obyektiv şəkildə yanaşmağın niyə çətin olduğunu başa düşməsi arzuolunandır. Eyni za-manda, iştirakçılar zərərli və ya sadəcə köhnəlmiş inamları dəyişmək üçün təhsilin, aydın və əsaslandırılmış sübutların və inkişaf etmiş tənqidi düşüncə bacarıqlarının əhəmiyyətini anlamalıdırlar.

“İnam” sözü əksər hallarda dinlə bağlı işlədilir, məsələn, insanlar özlərinin “Allaha inanmaqlarından” danışarkən. Buna baxmayaraq, bu, həmin sözün dar çərçivədə istifadəsidir və siz bütün iştirakçıların sözün mənasını tam şəkildə başa düşməsini təmin etməlisiniz. İnam doğru olduğu güman edilən fikirdir. Buna görə də, hər şey inamdır. Biz ətrafımızdakı dünyanı başa düşmək üçün inamlar yaradırıq və onları formalaşdırdıqdan sonra həmin inamlara bağlı qalırıq.  http://changingminds.org saytında inamların nə olduğu, necə formalaşdığı və onların funksiyaları haqqında zəngin məlumat var.

VariantlarGoto top

 “Bəyanat tapşırığı” metodundan istifadə edərək bəzi fikirləri qrupa təqdim edin. Bu variantda iştirakçılar fikir bildirmək məcburiyyətində deyillər; onlar məsələləri daha yaxşı başa düşmək üçün digərlərinin fikirlərinə qulaq asa bilərlər.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Müzakirələrin necə getdiyindən asılı olaraq, “Gəlin cins barəsində danışaq!” və ya “İnananlar” məşğələləri vasitəsilə şəxsi münasibətlər barəsində inamları araşdıra bilərsiniz. Əgər din və inam azadlığı məsələsinə toxunmaq istəyirsinizsə, “Slipivildə məscid” məşğələsi vasitəsilə ənənəvi xristian ərazisində yeni məscidin tikilməsi üzrə şəhər şurası iclasında aparılan müzakirənin simulyasiyasını edə bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Dostlarınız və ya sinif yoldaşlarınız ilə birlikdə yerli icmanızdakı insanlara qarşı qərəz və ya ayrı-seçkiliyə gətirib çıxaran ümumi bir inamı seçin, məsələn kontraseptiv vasitələrdən istifadə, abort, ictimai münasibətlər və ya qız/oğlan rolları ilə bağlı inamları. Bu məsələləri daha yaxşı başa düşmək üçün QHT və ya digər təşkilatın nümayəndəsini məlumat verməyə dəvət edin. Daha sonra, nə etmək istədiyinizə qərar verin.

Eyni zamanda, yerli icmanıza göstərmək üçün seçilmiş mövzu üzrə tamaşa hazırlaya və təqdim edə bilərsiniz. Əgər tamaşanızı beynəlxalq və ya Avropa xatırlama günlərindən birinə salsanız, tamaşaçıları gəlib ona baxmağa toplamaq daha asan olacaqdır.

Əgər özünüzü rahat hiss edirsinizsə, bu məşğələni dostlarınız, ailəniz və iş yoldaşlarınızla qeyri-rəsmi mühitlərdə istifadə etməyə uyğunlaşdırın. Onların müəyyən məsələlərlə bağlı fikirlərini/ inamlarını öyrənin. Bununla belə, bəzi şəxslərin müəyyən məsələrlə bağlı həssas ola biləcəyini nəzərə alın.

Əlavə məlumatGoto top

İnam təklif, bəyanat və ya fikrin doğruluğuna olan gümandır. İnsanlar nəyinsədoğruluğuna müxtəlif səbəblərdən inana bilərlər: onu gördüklərinə/şahidi olduqlarına görə və ya şəxsi təcrübələrinə əsasən, inanmaq üçün yaxşı sübutlar olduğuna görə və ya etibar etdiklərinə görə.

Etibar şəxsin, fikrin və ya məsələnin doğruluğuna və etibarlılığına əminliklə inanmaqdır. Səlahiyyətli şəxs belə dediyindən müəyyən inamın doğruluğu qəbul edilir. Bəzi dini
kontekstlərdə xüsusi yanaşmalar özünü göstərə bilər. İnsan hüquqları mədəniyyətini təbliğ etmək üçün inamların necə formalaşdığını başa düşmək vacib addımdır. İnamların formalaşması və onlarla hərəkətlər arasındakı əlaqələri öyrənən psixoloqlar inamların formalaşmasının müxtəlif yollarını aşkar ediblər.

• Uşaqlığımızda bizim ətrafımızdakı insanların inamlarını qəbul edirik. Albert Eynşteynin intuisiyanın on səkkiz yaşına qədər əldə etdiyimiz qərəzlərin yığını olduğunu dediyi
iddia edilir. Siyasi inamlarımız əsasən yaşadığımız cəmiyyətdə geniş şəkildə qəbul olunan siyasi inamlardan asılıdır. Əksər insanlar uşaqlıqda onlara öyrədilən dinə inanırlar.
• İnsanlar xarizmatik liderin inamlarını, hətta onlar əvvəlki inamlara tam əks olsa və inanan şəxslərin maraqlarına uyğun gəlməyən nəticələrə aparsa belə, qəbul edə bilərlər. Bu hallarda, rasional insanlar özlərinin birbaşa reallıqlarını inam və ziddiyyətlərlə uyğunlaşdırmağa cəhd edirlər. Bu isə bilik dissonansı adlandırılır.
• Təkrarlanma və assosiasiyalar inamları formalaşdırır, məsələn, cinsi əlaqə, sevgi və ya digər güclü müsbət hislərin şəkilləri. Bu, reklam sənayesinin başlıca vasitəsidir.
• Fiziki travma, xüsusilə də başa zərbə, insanın inamlarını kəskin şəkildə dəyişə bilər.
• Buna baxmayaraq, hətta təhsilli insanlar belə, inamların formalaşması prosesindən xəbərdar olsalar da, öz inamlarına bağlı qalırlar və bəzən onların maraqlarına əks olan inamlar əsasında hərəkət edirlər. 2010-cu ildə Dünya Müəllimlər Günü ilə bağlı keçirilən tədbirlərdə Sulliya Nehru Xatirəsinə Kollecdən Prabakara Şişila demişdi, “müəllimlər tələbələrdə rasional düşüncənin keyfiyyətini artırmalıdırlar.” Razısınız?

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Dünya müstəvi
şəklindədir
Ölüm cəzası əsaslandırıla bilər Evlilikdən əvvəl cinsi
əlaqə günahdır
İnsanlar cinsi əlaqə ilə
ötürülən xəstəlikdən
bakirə ilə cinsi əlaqədə olub xəstəliyi ona ötürməklə qurtula
bilərlər
Kral, ölkə və din uğrunda ölmək şərəfdir Siqaret çəkmək sağlamlıq üçün o qədər də pis deyil Narkotik və spirtli içkidən istifadə ilə bağlı inamlar İrqlər dəri rəngi, üz
forması, kəllənin şəkli,
saçın forması, ölçüsü,
materialı və rəngi ilə
fərqləndirilə bilər
Uşaqların böyüdülməsi və nizam-intizamla bağlı inamlar Müxtəlif irqlər mənəvi
xarakter və ağılda fərqləri əks etdirir
Əqli xəstəlik utandırıcıdır Ailədə qadın və
kişilərin rolu ilə bağlı
inamlar
Ət yeməklə bağlı inamlar Polis və digər səlahiyyətli qurumlara hörmətlə bağlı inam Sunami və tornadolar
Allahın bəşəriyyətin
günahlarına görə
cəzalarıdır
Abort və surroqat
valideynliklə bağlı
inamlar
Kontrasepsiya və kontraseptiv vasitələrdən istifadə ilə bağlı inamlar Cinayətkara qarşı rəftarla bağlı inamlar: həbs və reabilitasiya Pornoqrafiya və fahişəlik barəsində inamlar Eyni cinsdən olan
insanların evlənməsi
ilə bağlı inamlar
Müalicəsi olmayan
xəstəliyə düçar olmuş
xəstələrin sui-qəsdinə
yardım etməklə bağlı
inamlar
Çəhrayı rəng qız uşaqları, mavi rəng isə oğlan uşaqları üçündür Kişi və qadınların
eyni işləri edə bilməsi
barəsində inamlar
Qızlar və oğlanlar
fərqli oyunlar
oynamalıdır
Evlilikdən kənar
münasibətlər üzrə inamlar
Döymələr və pirsinq
barəsində inamlar
Nigahdan kənar uşaq sahibi olmaqla bağlı inamlar Küfrlə bağlı inamlar
Heç birə dinə inanmamaqla bağlı inamlar Geyimsiz gəzmək/naturist
olmaqla bağlı inamlar
Seksuallıqla bağlı inamlar Boşanma və tək
valideynlərlə bağlı
inamlar

 

1966-cı ildə ABŞ-da ilk qaradərili qadın Federal Hakim olan Konstans Beyker Motley demişdir, “İndi mümkünsüz olduğunu düşündüyümüz bir şey başqa dövrdə mümkün olacaqdır