İnsan Hüquqlarının Təhsili üzrə Kompasdan istifadə
İnsan hüquqlarını tədris etməyin və öyrənməyin müxtəlif yolları var. Mövzuya necə yanaşmağınız sizin rəsmi və ya qeyri-rəsmi sektorda işləməyiniz, ölkənizin siyasi, sosial və iqtisadi vəziyyəti, gənclərin yaş səviyyəsi və insan hüquqları barəsində maariflənməyə olan maraq və motivasiyanızdan asılıdır. Bu, həmçinin, sizin insan hüquqları məsələləri və insan hüquqları təhsili ilə bağlı təcrübənizdən asılıdır.
Siz gənclərlə iş üzrə işləyən şəxs, təlimçi, məktəb müəllimi və ya böyüklərin fərdi müəllimi, kilsə müzakirə qrupunun üzvü və ya gənc fəal ola bilərsiniz. Kim olmağınızdan və harada işləməyinizdən asılı olmayaraq, biz əminik ki, bu kitabda siz özünüz üçün faydalı şeylər tapacaqsınız. Biz sizin tədris və ya təlim bacarıqları və ya insan hüquqları barədə əvvəlki biliklə bağlı heç bir fərziyyə irəli sürmürük. Kompas asanlıqla uyğunlaşan mənbə kimi görülməlidir. İnsan hüquqlarının təşviqi davam edən və yaradıcı prosesdir, siz – vəsaitin istifadəçisi – onun ayrılmaz hissəsiniz. Ümid edirik ki, siz təqdim etdiyimiz ideyaları götürüb istifadə edəcək və öz ehtiyaclarınızın və birlikdə işlədiyiniz gənclərin ehtiyaclarının qarşılanması üçün onları inkişaf etdirəcəksiniz.
Biz, həmçinin, ümid edirik ki, siz öyrəndiklərinizi bir daha nəzərdən keçirəcək və öz təcrübələrinizlə bağlı bizimlə əlaqə yaradacaqsınız. www.coe.int/compass ünvanında əks əlaqə formasını tapa bilərsiniz. www.coe.int/compass ünvanında əks əlaqə formasını tapa bilərsiniz.
Kompasda olanlar
Biz təkidlə təklif edirik ki, məzmunla bağlı ümumi təəssürat əldə etmək üçün bütün vəsaitə ümumi nəzər salasınız. Heç bir xüsusi başlanğıc nöqtəsi yoxdur; düşünürük ki, sizə uyğun olan hissələri tapıb seçməlisiniz.
1-ci Fəsil: İnsan hüquqları və insan hüquqları üzrə təhsilə girişi və bu kitabdan istifadə qaydalarını əks etdirir.
2-ci Fəsil: Bu Fəsil məşğələlərdən ibarətdir. Bu fəsildə siz seçilmiş mövzu və müxtəlif hüquqlara aid olan, insan hüquqlarını araşdırmaq üçün müxtəlif səviyyəli 58 məşğələyə rast gələcəksiniz. Bu məşğələlər sizin gənclərlə işiniz üçün vasitələrdir.
3-cü Fəsil: “Hərəkətə keçmək” bölməsi “hərəkətə keçmək” deməklə bizim nəyi nəzərdə tutduğumuzu izah edir və insan hüquqlarını cəmiyyətdə və daha geniş dünyada təbliğ etməklə bağlı ideya və yolları özündə birləşdirir.
4-cü Fəsil: Bu Fəsil insan hüquqları və onun tarixi inkişafı barədə beynəlxalq standartlar və sənədlər ilə birlikdə geniş informasiya təmin edir.
5-ci Fəsil: Burada siz www.coe.int/compass ünvanında onlayn yerləşdirilmiş qlobal Kompas mövzuları barədə məlumatın qısa məzmununu tapa biləcəksiniz.
Əlavələr: Əsas bəyannamələrin, konvensiyaların və insan hüquqları üzrə mətnlərin qısa məzmunu və tez-tez istifadə olunan terminlərin izahlı lüğəti.
Gənclərlə insan hüquqları üzrə təhsilə başlamaq üçün sizin əlinizdə kifayət qədər material olmalıdır. Kompas təlim və tədris bacarıqlarının olub-olmamasından asılı olmayaraq, insan hüquqları üzrə təhsil ilə məşğul olmaq istəyən hər kəs üçün yazılıb. Başlamaq üçün sizin insan hüquqları üzrə “ekspert” olmağa ehtiyacınız yoxdur; insan hüquqları mövzusuna və bu sahədə təhsilə marağın olması kifayət edən göstəricilərdir.
İnsan hüquqları mövzuları
We cannot hope to address all human rights issues in this book. What we have done is to take the issues considered most relevant to young people’s lives and to gather them together under 20 themes. Background notes about each theme are presented in Chapter 5 and there are cross references between the activities and the themes in the summary of activities.
Biz bu kitabda bütün insan hüquqları mövzularına toxunmağa ümid edə bilmərik. Bizim etdiyimiz gənclərin həyatına ən çox uyğun hesab etdiyimiz məsələləri seçib 20 mövzu altında toplamaqdır. 5-ci Fəsildə hər bir mövzu üzrə qeydlər təqdim olunmuşdur və məşğələlərin qısa məzmununda məşğələlər və mövzular arasında çarpaz istinadlar var.
20 qlobal mövzu aşağıdakılardır:
-
-
-
- Uşaqlar
-
-
-
-
-
- Vətəndaşlıq və İştirak
-
-
-
-
-
- Mədəniyyət və İdman
-
-
-
-
-
- Demokratiya
-
-
-
-
-
- Əlillik və Əlillərə qarşı Ayrı-seçkilik
-
-
-
-
-
- Ayrı-seçkilik və Dözümsüzlük
-
-
-
-
-
- Təhsil
-
-
-
-
-
- Ətraf mühit
-
-
-
-
-
- Gender
-
-
-
-
-
- Ümumi İnsan Hüquqları
-
-
-
-
-
- Qloballaşma
-
-
-
-
-
- Sağlamlıq
-
-
-
-
-
- KİV
-
-
-
-
-
- Miqrasiya
-
-
-
-
-
- Sülh və Zorakılıq
-
-
-
-
-
- Yoxsulluq
-
-
-
-
-
- Din və İnam
-
-
-
-
-
- Tarixi Yaddaş
-
-
-
-
-
- Müharibə və Terrorizm
-
-
-
-
-
- Əmək
-
-
Fasilitatorluq
Kompasda biz “fasilitatorlar” terminini məşğələləri hazırlayan, təqdim edən və koordinasiya edən insanlar üçün istifadə edirik. Fasilitator “bir şeyin baş verməsinə səbəb olan”, “kömək edən” və digərlərini öz potensialını öyrənmək və inkişaf etdirməyə həvəsləndirən insandır. Fasilitatorluq etməklə siz insanların təcrübə, araşdırma, vermək və almaq vasitəsilə öyrəndiyi təhlükəsiz mühit yaradırsınız. Hər kəs iştirakçılar və fasilitatorlar kimi təcrübə mübadiləsi yolu ilə inkişaf etməlidir.
Gənclər üçün fasilitator olmaq və bərabərlik və əməkdaşlıq şəraitində işləmək imkanları Avropada ölkədən ölkəyə fərqlənir. Formal təhsil sistemində biz fərqləri təhsilin məqsədləri və fəlsəfəsində, sinfin idarə edilməsi üsullarında və tədris planında görürük. Şagirdlər və tələbələr üçün nə öyrənmək istədiklərinə qərar vermək, müəllimlər üçün isə fasilitator rolunu oynamaq rahat deyil. Qeyri-formal sektorda yalnız müxtəlif təşkilatların məqsədləri və fəlsəfələrində deyil, həmçinin, onların təklif etdiyi fəaliyyət və imkanlarda böyük fərqlər var və liderlik tərzləri av-toritardan demokratikə qədər dəyişir. Bu fərqlər həm ölkələr arasında, həm də ölkələrin öz daxilində açıq-aşkar görünür.
Biz hamımız öz cəmiyyətlərimizin təhsil və sosial normaları çərçivəsində yaşayır və çalışırıq və bu da bizim öz etnosentrizmimizin qaçınılmazlığını unutmağımızı və itirməyimizi asanlaşdırır. Nəticədə, biz hər gördüyümüz işə normal baxırıq. Siz öz fasilitatorluq bacarıqlarınızı inkişaf etdirmək məqsədilə tərziniz, təcrübəniz və birlikdə işlədiyiniz gənclərlə münasibətiniz barəsində düşünə bilərsiniz.11.
Tələbələrə öz təhsil məsuliyyətlərini həvalə etməyə hazır olun.
Liderlik mövqeyində olmaq və nəzarətin bir hissəsini “əldən buraxmaq” çətindir, lakin insan hüquqları təhsili üzrə fasilitator olaraq siz öz təhsilləri ilə bağlı məsuliyyəti tələbələrə buraxmalı, onların vəziyyət və problemi təhlil etməsinə, təkbaşına düşünməsinə və öz düşündükləri barəsində nəticələrə gəlməsinə şərait yaratmalısınız. Bu, o demək deyil ki, bütün məsuliyyət gənclərin üzərinə yüklənir. Fasilitatorların gənclərin öz yetkinlik səviyyələrinə və iştirak bacarıqlarına uyğun olan şəraitdə öyrənə biləcəkləri təhlükəsiz mühit yaratmaqla bağlı mürəkkəb tapşırıqları var.
Məşğələlərin məzmunu isə daha çox adaptasiya tələb edə və fasilitator, tədrisçi və müəllimi daha dərin dilemmalar qarşısında qoya bilər. Mələsən, insan hüquqları üzrə təhsil dərsləri və ya kursları məcburi olması nəticələrə və tələbələrin insan hüquqları üzrə yanaşmalarına da təsir edə bilər. Digər bir aspekt bir çox formal təhsil sistemlərini xarakterizə edən qiymətləndirmə sistemi ilə bağlıdır, xüsusilə qiymətləndirilən şeyə məktəbdə çox ciddi yanaşılırsa.12.
Məktəblərdə və ya sinif otağı şəraitində fasilitatorluğun “texniki” tərəfi qeyri-for-mal təhsil kontekstindən çox da fərqlənmir və Kompas məşğələləri üçün təlimatlar hər ikisi üçün də uyğundur.
Problem həlli İnsan Hüquqları üzrə Təhsilin əsası kimi
İnsan hüquqları üzrə məsələlər adətən mübahisəlidir, çünki müxtəlif insanların müxtəlif dəyərlər sistemi var və buna görə də, onlar hüquq və məsuliyyətləri fərqli şəkildə qavrayırlar. Fikir müxtəlifliyi kimi özünü büruzə verən bu müxtəlifliklər bizim təhsil işimizin əsasını təşkil edir. İnsan hüquqları üzrə təhsilin iki əsas məqsədindən biri gəncləri bir məsələ ilə bağlı fərqli fikirləri dəyərləndirmə bacarığı ilə təmin etmək (mütləq şəkildə onlarla razılaşmaq vacib deyil), ikincisi isə problemlərə qarşılıqlı razılaşdırılmış həll tap-maq üçün bacarıqları inkişaf etdirməkdir. Bu vəsait və onun məşğələləri fikir müxtəlifliklərinin tədris prosesində kon-struktiv şəkildə istifadə olunması fikrinə əsaslanır. Bir çox qeyri-formal təhsil məşğələlərində olduğu kimi, məqsəd hər kəsin ümumi bir razılaşmaya gəlməsi deyil, daha çox tənqidi düşünmək, bir-birilərini dinləmək, fikirlərini ifadə etmək və fikirlərin müxtəlifliyinə hörmət etmək bacarıqlarının inkişaf etdirilməsidir. Məşğələlər üçün fasilitatorluq etmək və münaqişələrlə konstruktiv şəkildə məşğul olmaq sizi çəkindirə bilər, lakin bu, belə olmamalıdır. Hər bir məşğələdə sizin işinizə dəstək məqsədilə “Fasilitatorlar üçün Məsləhətlər” və “Əlavə məlumat” bölmələri var.
İstifadəçilər üçün ümumi məsləhətlər
Siz Kompasdan elə istifadə etməlisiniz ki, o, sizin və birlikdə işlədiyiniz gənclərin ehtiyaclarını qarşılasın. İlk növbədə, hansı səhifələrə müraciət edəcəyiniz vacib deyil. Siz Kompasdan insan hüquqları üzrə məlumat mənbəyi kimi (əsas konven-siyalar, ilk dəfə 1948-ci ildə onlar necə formalaşdırıldı və ondan sonra necə inkişaf etdi) istifadə edə bilərsiniz. Siz, həmçinin, Kompasdan yoxsulluq, gender məsələləri və digər mövzularla bağlı insan hüquqları üzrə məlumatın icmalı olaraq istifadə edə bilərsiniz. Lakin insanları ən çox maraqlandıran məşğələlərdir, çünki onlar insan hüquqları üzrə təhsilin ötürülməsi vasitələridir.
Məşğələni necə seçməli
Hər hansı məşğələni etməzdən əvvəl siz öz beyninizdə nəyə nail olmaq istədiyiniz barədə dəqiq fikirə gəlməlisiniz; siz məqsədlərinizi müəyyənləşdirməlisiniz. Daha sonra, siz müraciət etmək istədiyiniz mövzuya uyğun olan, sizin və gənclərin rahat hiss edəcəyi metoddan istifadə edən məşğələni seçə bilərsiniz. Bu məşğələ sizə və qrupunuza uyğun səviyyədə olmalı və sizin üçün ayrılmış vaxta uyğun gəlməlidir.
Məşğələni ən azı iki dəfə diqqətlə oxuyun və qrupun necə reaksiya verəcəyini və deyəcəyi bəzi məsələləri təxmin edin. Çox böyük ehtimalla, siz məşğələni müəyyən qədər dəyişdirmək istəyəcəksiniz, ən azından “Təhlil və qiymətləndirmə” bölməsi altındakı sualların bəzilərini sizin istədiyiniz formada öyrənməni təmin etmək üçün uyğunlaşdırmaq istəyəcəksiniz.
Ehtiyacınız olan qədər məlumata malik olduğunuzdan əmin olun. Əgər iştirakçılar kiçik qruplara bölünürlərsə, kifayət qədər yer olmasını təmin edin.
Məşğələləri təqdim etmək üçün istifadə olunan simvol və başlıqların izahı
Mövzular
Mövzular bizim Kompasda təqdim etmək üçün seçdiyimiz mövzulardır, məsələn, ümumi insan hüquqları, yoxsulluq və sağlamlıq. İnsan Hüquqları bir-biri ilə əlaqəli, bölünməzdir və müxtəlif məsələlər üst-üstə düşür, bu da o deməkdir ki, hər bir məşğələ müəyyən mövzu ilə əlaqəli olur. Biz məşğələnin əlaqəli olduğu üç mövzunu göstəririk.
Mürəkkəblik
Mürəkkəblik vasitəsilə biz həm metodun necə dolaşıq olduğunu, həm də məşğələni yerinə yetirmək üçün iştirakçılara lazım olan tənqidi düşüncə, təhlil və ünsiyyət bacarıqlarını göstərməyə çalışırıq. Adi bacarıqlar tələb edən məşğələlərin bir çoxunun, həmçinin, sadə metodu mövcuddur, onlar qısa hazırlıq tələb edir və adətən çox vaxt aparmır. Digər tərəfdən isə, yaxşı ünsiyyət və düşünmə bacarıqları tələb edən məşğələlər adətən bir neçə hissədən ibarət olur, daha çox hazırlıq tələb edir və həlli daha çox vaxt aparır.
1-ci səviyyədəki məşğələlər qısa və sadədir. Buna baxmayaraq, bu məşğələlər insanların bir-birilə qarşılıqlı əlaqəyə girməsi və ünsiyyət qurması baxımından dəyərlidir. İştirakçıları canlandıran, onlar arasında ünsiyyəti təşviq edən və müzakirə üçün olan məşğələlər bu kateqoriyadandır.
2-ci səviyyədəki məşğələlər insan hüquqları ilə bağlı ilkin biliklər və ya yaxşı inkişaf etdirilmiş şəxsi və ya qrup işi bacarıqları tələb etmir. Bu səviyyədəki məşğələlərin çoxu insanlara ünsiyyət və qrup işi bacarıqlarının inkişaf etdirilməsinə kömək etmək, eyni zamanda, insan hüquqlarına maraq oyatmaq üçün hazırlanmışdır.
3-cü səviyyədəki məşğələlər daha mürəkkəbdir və məsələni daha dərindən anlamanı inkişaf etdirmək üçün hazırlanmışdır. Onlar yüksək səviyyədə müzakirə və ya qrup işi bacarıqlarını tələb edir.
4-cü səviyyədəki məşğələlər daha uzundur, yaxşı qrup işi və müzakirə bacarıqları, konsentrasiya və iştirakçıların əməkdaşlığını tələb edir və hazırlıq üçün daha çox vaxt alır. Onlar məsələlər barədə daha geniş və dərin düşüncələr təmin etdikləri üçün daha müfəssəldirlər.
Qrup ölçüsü
Məşğələnin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün lazım olan insan sayını göstəririk. Məşğələnin müəyyən hissəsi kiçik qruplarda yerinə yetirilməli olduğu təqdirdə, kiçik qrupların sayı mötərizədə göstərilir.
Vaxt
Biz araşdırma və müzakirələr də daxil olmaqla, bütün məşğələlərin yerinə yetirilməsi üçün vaxtı iştirakçı sayı ilə birlikdə qeyd edirik. Göstərilən vaxt daha sonrakı mərhələyə aid olan müzakirələri özündə biləşdirmir. Sizə nə qədər vaxt lazım olacağını özünüz güman etməlisiniz. Əgər siz bir neçə kiçik qrupla işləyirsinizsə, plenar sessiyada hər bir qrupun rəyini öyrənmək üçün daha çox vaxta ehtiyacınız olacaq. Əgər qrup böyükdürsə, siz təhlil və qiymətləndirmə hissəsində hər kəs üçün iştirak etməyə şərait yaratmaqdan ötrü vaxt verməlisiniz.
Xülasə
Biz mövzu və məşğələdə istifadə olunan sadə metodu göstəririk. Məsələn, məşğələnin sığınacaq axtaran insanlar və KİV-dəki qeyri-obyektivlik barədə olması və ya məşğələnin kiçik qruplarda müzakirələr və ya rol oyununu özündə birləşdirməsi.
Əlaqəli hüquqlar
Təcrübə və hadisələrin xüsusi insan hüquqları ilə əlaqələndirilməsi insan hüquqları üzrə təhsilin əsas məqsədidir. Lakin insan hüquqları bir-biri ilə əlaqəli və bölünməz olduğundan məsələlər üst-üstə düşür və hər bir məşğələ qaçılmaz olaraq müəyyən hüquqlara aid olur. Belə ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qısa məzmununa əsasən məşğələdə izah olunan və təhlil və qiymətləndirmə mərhələsində müzakirə olunmalı olan üç hüququ göstəririk.
Məqsədlər
Məqsədlər insan hüquqları üzrə təhsilin 37-ci səhifədə göstərilən bilik, bacarıqlar, yanaşmalar və dəyərlərlə əlaqədar, bacarıqlara əsaslanan tədris məqsədlərini özündə birləşdirir.
Materiallar
Bu məşğələni yerinə yetirmək üçün lazım olan ləvazimat siyahısıdır.
Hazırlıq
Bu fasilitator üçün məşğələni yerinə yetirməyə başlamazdan əvvəl nə etməli olduğu barədə yoxlama siyahısıdır. Biz tələb edirik ki, fasilitatorlar məsələlər ilə bağlı özlərini məlumatlandırsınlar və ehtiyac olduğu təqdirdə, www.coe.int/compass saytında 5-ci Fəsildəki ümumi məlumatı oxusunlar. Belə ki, bu məlumat hər məşğələnin altında təkrar-təkrar qeyd olunmayacaqdır.
Təlimatlar
Aşağıda məşğələnin yerinə yetirilməsi üçün təlimat siyahısı yer alır.
Təhlil və Qiymətləndirmə
Burada biz təlimçiyə təhlil və qiymətləndirmə mərhələsini həyata keçirmək üçün suallar təklif edirik. Bu suallar nümunə xarakteri daşıyır və biz ümid edirik ki, siz öz məqsədlərinizə uyğun olaraq qarşıya qoyduğunuz öyrənmə məqamlarını təmin etmək üçün ən azından bir neçə sual tərtib edəcəksiniz.
Fasilitatorlar üçün məsləhətlər
Bu metod və məlumatlı olmalı olduğunuz məsələlər barədə təlimatlar və izahatlardır. Məsələn, əgər siz azlıqlara qarşı olan stereotiplərlə bağlı işləyirsinizsə, sizin qrupda azlıqlardan olan bir nümayəndə var?
Variantlar
Bu hissədə biz sizə bir məşğələni müxtəlif vəziyyətlərə necə uyğunlaşdıra biləcəyiniz və necə inkişaf etdirə biləcəyinizlə bağlı ideyalar verəcəyik. Lakin bunlar yalnız təklifdir və siz, fasilitator olaraq, bu məşğələni qrupunuzun ehtiyaclarını ən yaxşı şəkildə ödəməsi üçün istədiyiniz yolla dəyişdirmək hüququna sahibsiniz.
Sonrakı fəaliyyət üçün təkliflər
Məşğələni yerinə yetirmək kifayət deyil; öyrəndiyinizi daha da möhkəmləndirmək və unutmamaq üçün daha sonrakı fəaliyyət mərhələsinə ehtiyac var. Bununla yanaşı, biz yadda saxlamalıyıq ki, insan hüquqları üzrə təhsilin önəmli məqsədi gənclərə onları narahat edən məsələlərlə bağlı fəaliyyətə keçmək imkanı yaratmaqdır.
Buna görə də, biz növbəti addımla bağlı bəzi ideyalar təqdim edirik, məsələn, sonradan bütün qrup üçün hesabat hazırlanması məqsədilə yerli kitabxanada və ya İnternetdə araşdıra biləcəyiniz mövzularla bağlı təkliflər. Biz, həmçinin, daha sonra sınaqdan keçirmək istəyəcəyiniz digər məşğələlərlə bağlı ideyalar irəli sürürük.
Fəaliyyət üçün fikirlər
Fəaliyyətə keçmək insan hüquqları üzrə təhsilin önəmli məqsədidir; biz gənclərdə onları narahat edən məsələlərlə bağlı fəaliyyətə keçmək bacarıqlarını inkişaf etdirməyi arzu edirik. Biz bunu xüsusi vurğulayırıq, buna görə də, fəaliyyətə keçməklə bağlı ayrıca Fəsil (3-cü Fəsil) hazırlamışıq və hər məşğələ üzrə fəaliyyət üçün fikirlər təklif etmişik.
Əsas tarixlər
BMT və digər təşkilatlar ictimaiyyətin diqqətini insan hüquqları məsələsinin müxtəlif aspektlərinə çəkmək üçün bayram günü və ya xatırlama günü ideyasını irəli sürür. Biz 90-dan çox bu cür “əsas tarixləri” toplamışıq və təklif edirik ki, siz onlardan öz fəaliyyətinizi nümayiş etdirmək üçün istifadə edəsiniz. Məsələn Danimarkada sığınacaq axtaran gənclərdən ibarət qrup kafesi olan yerli Danimarka Qırmızı Xaç Gənclər qrupu ilə birləşərək 20 iyun, Qaçqınlar günündə ictimai tədbir həyata keçirmişlər.
Əlavə məlumat
Burada biz birbaşa məşğələyə aid olan əlavə məlumat yerləşdirmişik. Hər bir halda sizə məsləhət görürük ki, www.coe.int/compass saytında məşğələdə qeyd olunmuş xüsusi mövzulara uyğun olaraq məlumat ala biləcəyiniz 5-ci Fəsilə istinad edəsiniz.
Paylanmalı materiallar
Bunlar nüsxəsini çap edəcəyiniz rol kartları, faktlardan ibarət vərəqlər və müzakirə kartlarından ibarətdir. Onları öz qrupunuzun ehtiyaclarına uyğun dəyişdirmək hüququna sahibsiniz.
Məşğələlərin həyata keçirilməsi ilə bağlı ümumi məsləhətlər
Məşğələlər çox nadir hallarda sizin gözlədiyiniz formada həyata keçirilir. Bu, Kompas məşğələləri ilə işləməyin həm müsbət, həm də mənfi tərəfidir. Siz baş verənlərə cavab verməli və özünüz düşünməlisiniz. Yadda saxlamalı olduğunuz əsas məsələ: qarşıya aydın məqsədlər qoyun və hazırıqlı olun.
Birgə fasilitatorluq etmək
Əgər mümkündürsə, hər zaman başqa bir insanla birlikdə fasilitatorluq edin. Müəllimlər bunu “komanda tədrisi” kimi qiymətləndirəcək. Bunun praktiki faydası kiçik qrupla işləmək və ya fərdi ehtiyacların qarşılanması ilə məşğul olmaq məsuliyyətini bölüşən iki insanın olmasıdır. İki insan fasilitatorluğu həyata keçirdikdə marağın qorunub saxlanması üçün sürət və ritmi dəyişmək daha asan olur. İşlər planlaşdırıldığı kimi getmədikdə, 2 fasilitator bir-birinə dəstək ola bilər, həmçinin, təkbaşına bunu etmək əvəzinə digər bir insanla birlikdə işləmək daha faydalıdır. Birlikdə fasilitatorluq etmək hər iki fasilitatordan məşğələni birlikdə hazırlamağı və ayrı-ayrılıqda hər birinin öz rolunu bilməsini tələb edir. Daha yaxşı olar ki, məşğələləri qrup halında, gəncləri də cəlb etməklə hazırlayasınız.
Diqqətlə hazırlamaq
Məşğələ barəsində bütün məlumatları oxuduğunuzdan əmin olun. İki dəfə oxumağınız daha yaxşı olardı! Beyninizdən məşğələni yenidən keçirin; onun necə olacağını canlandırmağa çalışın. Qrupun necə reaksiya verəcəyini və nə deyəcəyini xəyal edin. İştirakçıların sizə bilmədiyiniz sualları ünvanlaması qaçılmaz haldır. Lakin bu belə də olmalıdır; siz də gənclərlə birlikdə öyrənmək üçün oradasınız. Buna baxmayaraq, əsas məlumatları oxumaqla kifayət qədər məlumatlı olmağınızdan əmin olmalısınız.
Paylamalı olduğunuz bütün materialların hazır olduğundan, eləcə də bəzi şəxslər düşündüyünüzdən daha çox istədikdə, bəziləri qələmi sındırdıqda və ya marker axdıqda və bu kimi digər hallarda onlara təqdim edəcəyiniz bir neçə əlavə ləvazimatın təmin olunduğundan əmin olun.
Vaxtın idarə olunması
Diqqətlə planlaşdırın və əlinizdə olan vaxta çox məsələni sığdırmağa çalışmayın. Əgər məşğələ sizin planlaşdırdığınızdan daha çox vaxt aparırsa, siz müzakirə üçün də kifayət qədər vaxt ayırmaq məqsədilə onu qısaltmalısınız (tədris dövrü bölməsindəki qeydlərə baxın). İştirakçıları da bu məsələyə cəlb edib, onlarla məşğələnin həllini dərhal dayandırmaq və ya daha beş dəqiqə davam etmək yaxud başqa məsələ ilə bağlı məsləhətləşmək yaxşı fikirdir.
Digər tərəfdən, əgər sizin kifayət qədər vaxtınız varsa, dərhal müzakirəyə keçməyə tələsməyin, fasilə elan edin və ya əyləncə üçün enerjini artıran məşğələni həyata keçirin.
Təhlükəsiz mühit yaratmaq
Sizin birlikdə işlədiyiniz gənclər araşdırmaq, kəşf etmək və bir-birləri ilə ünsiyyətdə olmaq və bölüşmək üçün özlərini rahat hiss etməlidirlər. Səmimi, dostyana, həvəsləndirici olun və yumor hissi ilə yanaşın. Jarqonlardan istifadə etməyin və iştirakçıların anlamadığı dildə danışmayın. İnsanlar nə baş verdiyini bildikdə özlərini daha təhlükəsiz hiss edirlər, buna görə də, məşğələni necə təqdim edəcəyiniz çox önəmlidir. Siz heç nədən, birbaşa başlaya bilməzsiniz; siz məşğələni tərtibatda təqdim etməlisiniz. Bunun bir yolu ünsiyyətə təkan verən məşğələdən istifadə etməkdir.
Əsas qaydaların müəyyənləşdirilməsi
Qrupdakı hər kəsin iştirak edəcəyi, təcrübəyönümlü məşğələnin əsas qaydalarını başa düşməsi vacibdir. Məsələn, hər kəs sessiya üzrə öz məsuliyyətini həyata keçirməlidir; hər kəsin eşidilmək, danışmaq və iştirak etmək imkanı olmalıdır. Heç kəs narahat hiss etdiyi bir mövzu barəsində danışmaqla bağlı özünü təzyiq altında hiss etməməlidir. Siz bu əsas qaydalar qrup və ya siniflə ilk çalışmağa başladıqda müzakirə edilməli və razılaşdırılmalıdır, eləcə də siz vaxtaşırı, xüsusilə qrupa yeni üzvlər qoşulduqda onları yenidən nəzərdən keçirmək istəyə bilərsiniz.
Dəqiq təlimatların verilməsi
Həmişə hər kəsin təlimatları başa düşdüyündən və nə etməli olduğunu bildiyindən əmin olun. Məşğələnin nədən ibarət olduğunu və özündə nəyi birləşdirdiyini ümu-mi qaydalarla izah etməyə başlamaq (məsələn, məşğələ rol oyunundan ibarətdir) həmişə yardımçı olur. Verilmiş tapşırığın hansı müddətə həll olunmalı olduğunu insanlara izah edin və vaxtın bitməyinə beş dəqiqə qalmış onu tamamlamaları üçün xəbərdarlıq edin.
Müzakirələrə fasilitatorluq etmək
Müzakirələr insan hüquqları təhsili prosesinin mərkəzidir. Qrupdakı hər kəsin iştirak etmək istədikləri təqdirdə, bunu edə bilmələrinə diqqət edin. Qrupa xas olan sözlər, ifadələr və dildən istifadə edin və tanış olmadıqları sözləri onlara izah edin; 620-ci səhifədə lüğət var. İştirakçıları öz fikirlərini təklif etməyə dəvət edin. İnsanların məsələnin birbaşa öz həyatlarına uyğun olduğunu görməsi üçün qlobal və yerli aspektlərin balanslaşdırıldığından əmin olun.
Bəzən müzakirələr “dirənir”. Siz bunun səbəbini aydınlaşdırmalısınız. Bu, məsələn, mövzunun çox işlənməsi və ya çox emosional mövzu olması ilə əlaqədar baş verə bilər. Siz sual ilə müdaxilə etmək, istiqaməti dəyişmək və ya davam etmək barəsində qərar qəbul etməlisiniz. Siz heç vaxt iştirakçıların suallarına və ya problemlərinə ca-vab verməli olduğunuzu düşünməməlisiniz; qrup özü bir-birinə qulaq asmaq və bir-biri ilə paylaşmaq vasitəsilə öz cavablarını tapmalıdır. Onlar, əlbəttə ki, sizin fikriniz və ya məsləhətinizi soruşa bilər, lakin özləri qərar verməlidir.
Təhlil və qiymətləndirmə
Heç bir Kompas məşğələsi təhlil və qiymətləndirmə mərhələsi olmadan tamamlanmamışdır; məşğələnin bu hissəsi tədris üçün əsasları təmin edir və iştirakçılara öyrəndiklərini daha geniş kontekstə tətbiq etməyə yardım edir. İştirakçılara məşğələni tamamlamaq üçün və zərurət yarandıqda nə baş verdiyini və nə öyrəndiklərini müzakirə etmədən əvvəl roldan çıxmaları üçün kifayət qədər vaxt verin. Hər bir məşğələnin sonunda insanların öyrəndikləri və onların həyatları, cəmiyyətləri və daha geniş dünya ilə öyrəndiklərinin necə əlaqəli olduğuna dair danışın. Düşünmədən, insanlar təcrübə ilə çox şey öyrənmirlər. Təklif edirik ki, siz təhlil və qiymətləndirmə prosesini bir-birinin ardınca aşağıdakı məsələlər üzrə sualları ünvanlamaqla aparmağa çalışasınız:
- məşğələ zamanı nə baş verdi və onlar özlərini necə hiss etdilər
- onlar özləri haqqında nə öyrəndilər
- onlar məşğələlərdə toxunulan məsələlər və əlaqədar insan hüquqları məsələləri barəsində nə öyrəndilər
- onlar necə davam edə bilər və öyrəndiklərini necə istifadə edə bilərlər
Nəzərdən keçirmə
İnsanlar düşünmədən, yalnız təcrübə ilə çox çey öyrənmirlər.
Öyrəndiklərinizin və etdiklərinizin müntəzəm olaraq qiymətləndirilməsi və sınaqdan keçirilməsi vacibdir, çünki bu sizin üçün işlərin necə baş verdiyinin ümumi mənzərəsini yaradır və təcrübənizi inkişaf etdirməyə yardım edir. Sizin nə zaman nəzərdən keçirməyiniz vəziyyətdən asılıdır: bu, seminarda günün sonunda və ya iki və ya üç dərs və ya görüş sonrası ola bilər.
Nə zaman nəzərdən keçirməyinizdən asılı olmayaraq, siz dincəlmək və düşünmək üçün vaxt ayırmalısınız:
- Sizin fikrinizcə, məşğələ (məşğələlər) necə yerinə yetirildi: hazırlıq, vaxt və s.
- İştirakçılar nə öyrəndi və tədris məqsədlərini qarşıladılar
- Nəticələr nədir: sizin həyata keçirdiyiniz bu məşğələlərin nəticəsində indi qrup nə edəcək
- Siz özünüz məsələlər və fasilitatorluqla bağlı nə öyrəndiniz
Qrupla bərabər vaxtaşırı nəzərdən keçirmə də önəmlidir və əyləncəli olmalıdır, buna görə də, xüsusilə əgər təhlil və qiymətləndirmə mərhələsinə kifayət qədər çox vaxt sərf etmisinizsə, bu nəzərdən keçirməni başqa bir müzakirəyə çevirməkdən qaçının. Siz 2-ci Fəsildə, “Nəzərdən keçirmək üçün məşğələlər” başlığı altında bədən dili, şəkil və qəliblərdən istifadə edilən bir sıra metodlara rast gələcəksiniz.
Sürət
Məşğələlərin bir çoxu 90 dəqiqə ərzində tamamlana bilər, buna görə də, sürətin idarə olunması o qədər də çətin olmalı deyil. Buna baxmayaraq, məsələn, məşğələnin özü və təhlil və qiymətləndirmə mərhələsi arasında və ya təhlil və qiymətləndirmə və müzakirə mərhələsi arasında qısa fasilələr etmək insanların ak-tiv iştirakını təmin etmək üçün faydalı ola bilər. Əgər iştirakçıların enerjisi düşürsə, enerjini qaldıran məşğələlərdən istifadə edə bilərsiniz. Həmçinin, yadda saxlayın ki, məşğələni yerinə yetirdikdən sonra insanlara sakitləşmək və istirahət etmək imkanı yaratmaq çox vacibdir.
Əks əlaqə yaratmaq
Əks əlaqə yaratmaq bir kəsin etdiyi bir məsələ barəsində şərh verməkdir. Əks əlaqənin verilməsi və ya alınması bacarıqdır və siz qrup üzvlərinə bunu necə etməyi öyrətməli olacaqsınız.
Əksər hallarda, verilən əks əlaqə natiqin niyyəti tam fərqli olsa da, tənqid kimi qəbul olunur. Əks əlaqə ilə bağlı əsas sözlər “hörmət”, “konkret” və “arqumentlər”-dir.
Bu zaman qarşıdakı insana hörmət etmək, onun dedikləri və ya elədikləri üzərində fikrini cəmləmək və öz düşüncənizə görə səbəblər irəli sürmək vacibdir. Siz deyə bilərsiniz ki, “Mən sizin bir az öncə dediyinizlə tamamilə razı deyiləm, çünki…” Neqativ əks əlaqə vermək bir çox insana xasdır, bu da ağır ola bilər. Fasili-tator olaraq sizin rolunuz insanların dəstəkləyici formada əks əlaqə yarada bilməsi üçün müxtəlif üsullar tapmaqdan ibarətdir. Məsələn, aşağıdakı yollarla:
-
-
-
- insanların müsbət fikirlə əks əlaqə verməyə başlamasını təmin etmək,
-
-
-
-
-
- digər insana hörmət etmək və heç bir təhqiredici ifadə səsləndirməmək,
-
-
-
-
-
- insan deyil, onun davranışı üzərində fikrini cəmləmək,
-
-
-
-
-
- onların dediyinə səbəb tapmaq, və
-
-
-
-
-
- “mən mesajları”-ndan istifadə etməklə onların dedikləri ilə bağlı məsuliyyəti öz üzərinə götürmək.
-
-
Əks əlaqəni, xüsusilə fikir ayrılığı olduqda qəbul etmək çətindir. Sizin rolunuz gənclərə öz təcrübələrindən nəticə çıxarmağa yardım etmək və onlara dəstək ver-ildiyini, ruhdan salınmadıqlarını hiss etdirməkdən ibarətdir. Gəncləri əks əlaqəyə diqqətlə qulaq asmağa və dərhal özlərini və öz mövqelərini müdafiə etməyə başlamamağa istiqamətləndirin. Xüsusilə insanların əks əlaqə yaradan insanın nə demək istədiyini anlaması və deyilənləri qəbul və ya rədd etməzdən əvvəl dəyərləndirmək üçün vaxt ayırması vacibdir.
İştirakçıların müqaviməti
İştirakyönümlü məşğələyə cəlb olunmaq çox şey tələb edir və siz, məsələn, müzakirə, şəkil çəkmək, rol oyunu və ya musiqi kimi bir çox müxtəlif üsuldan istifadə edərkən bütün məşğələlərin bütün iştirakçılara hər zaman uyğun gəlməməsi faktı qaçınılmazdır. İştirakçı əmin olduğu və hər hansı bir məşğələni yerinə yetirməyi nəyə görə sevmədiyini izah edə bildiyi təqdirdə, siz dialoq və danışıqlar vasitəsilə onun ehtiyaclarını qarşılamağa qadir olacaqsınız.
“Müqavimət” dedikdə biz məqsədli şəkildə pozucu davranışı nəzərdə tuturuq. Bütün fasilitatorlar iştirakçılar tərəfindən bu və ya digər bir vaxtda müqavimət təcrübəsi yaşayırlar. Müqavimət müxtəlif formalarda ola bilər. Təhlükəli bir gənc öz stulunu oynatmaq, yanındakılarla pıçıldaşmaq və ya söhbət etməklə sizə mane ola bilər. Sessiyanı pozmağın daha incə yolu uyğun olmayan sualların verilməsi və ya hər şeyi zarafata çevirmək ola bilər. Müqavimətçinin başqa bir “oyun”u “fasili-tatoru sarsıtmaq”dır. Onlar belə deyə bilər “Siz başa düşmürsünüz, sizin gənc olmağınızdan uzun zaman ötmüşdür” və ya “müzakirələr çoxdur, niyə biz daha çox məşğələ yerinə yetirmirik?”. “Oyun”un üçüncü növü öyrənməkdən qaçınmaqdır, məsələn, insanlar “bəli, amma” oyunu oynadıqda.
Aydındır ki, ən yaxşısı bacardığınız halda müqavimətdən qaçmaqdır. Məsələn, qrupdakı hər bir şəxsdən xəbərdar olun və hər hansı məşğələ zamanı və ya rol oyununun və ya simulyasiyanın hər hansı bir hissəsində yarana biləcək həssas emosiyaları öncədən nəzərə alın. Hər kəsin özünü təhlükəsiz hiss etdiyindən və barəsində danışmağı rahat hiss etmədiyi bir şey barəsində danışmaqla bağlı özünü heç vaxt təzyiq altında hiss etmədiyindən əmin olun.
İştirakçılara məşğələdən əvvəl isinmək və ondan sonra sakitləşmək üçün vaxt verin. Sonda, hər kəsin öz fikri və iştirakına kifayət qədər dəyər verildiyini hiss etməsi üçün təhlil və müzakirə hissəsinə kifayət qədər zaman ayırmağı yadda saxlayın. Siz özünüz üçün çətin vəziyyətdən çıxmağın ən yaxşı yolu barədə qərar verməlisiniz, lakin adətən problemi həll etməyin ən yaxşı yolunun onu açıq-aşkar izah etmək və bütün qrupa həll yolu ilə bağlı müraciət etmək olduğunu yadda saxlayın. Yalnız bir qrup üzvü ilə uzun müzakirələr aparılması və ya arqumentlərin irəli sürülməsinə yol verməyin. Bu, digər iştirakçılar arasında narazılıq və məyusluğa səbəb ola və onlar maraqlarını itirə bilərlər.
Mübahisənin idarə olunması
Conflict is an unavoidable and necessary dimension
in HRE.
Mübahisə düzgün şəkildə idarə olunduqda faydalı və yaradıcı ola bilər; əslində, bu, insan hüquqları üzrə təhsilin qaçılmaz və lazımi faktorudur! İnsan hüquqları məsələlərinə toxunduqda, fikir ayrılığı və emosiyaların mövcudluğu qaçılmazdır, çünki insanlar dünyanı müxtəlif cür görür və onların inamları, fikirləri və ədalətsiz fikirləri sual altına alınacaqdır. İnsan hüquqları üzrə təhsilin bir hissəsi kimi mübahisə insanlara tənqidi düşüncə və əməkdaşlıq, özünü başqasının yerinə qoya bilmə və ədalət hissi kimi bacarıq və yanaşmaların inkişaf etdirilməsi üçün imkan yaradır.
Mübahisələrin qarşısını almaq çətindir və xüsusilə, əgər mübahisə iştirakçıların emosiyalar və dəyərlərlə bağlı suallarla məşğul olmaq istəməmələri, qrup işi üçün onların kifayət qədər bacarıqlarının olmaması və ya onların bu məsələ və ya dəyərlərlə bağlı tamamilə fərqli düşüncələrə malik olması ilə bağlı baş verirsə, mübahisələri həll etmək çox çətin olur. Sakit və soyuqqanlı olmağa və qrupdakı fərdlər arasındakı mübahisəyə qoşulmamağa çalışın.
Kompas məşğələləri təhlükəsiz mühitdə tədris təcrübələri təmin edir. Onları diqqətlə seçin və lazım olduğu formada uyğunlaşdırın. Onlardan iştirakçıların məsələlərlə bağlı fərqli fikirlərinin üzə çıxarılması üçün istifadə edin; fikir ayrılıqlarının tamamilə normal olduğunu və insan hüquqlarının universallığının hər kəsin onları eyni formada görməsi demək olmadığını bildirin.
Bəzi məsləhətlər:
- Təhlil və müzakirə üçün kifayət qədər vaxt ayırın. Əgər lazımdırsa, daha çox vaxt istifadə edin.
- İnsanların mövqeyini, fikirlərini və maraqlarını aydınlaşdırmağa kömək edin.
- Qrupdakı gərginliyi azaldın. Məsələn, hər kəsə kiçik qruplarda oturub söhbət etməklə bağlı göstəriş verin və ya vəziyyəti perspektivə uyğunlaşdırmaq üçün nəsə deyin.
- Hər kəsi bir-birinə aktiv şəkildə qulaq asmağa təşviq edin.
- İnsanları ayıran faktorlardan daha çox, onları birləşdirən faktorlara diqqəti çəkin.
- Yekdillik axtarın. İnsanları güzəştə getmək və səsləndirdikləri mövqelərdən çəkindirmək əvəzinə, ortaq maraqlara diqqəti cəmləməyə sövq edin.
- Mübahisəni “yenidən alovlamadan” problemi həll edən yollar axtarın.
- Mübahisəyə cəlb olunmuş insanlarla başqa vaxt təklikdə söhbət etməyi təklif edin.
Daha dərin və ciddi mübahisələr baş verdiyi təqdirdə, həll yolu axtarmağı təxirə salmaq və və problemin həll olunması üçün daha uyğun şəraitin yaranmasını gözləmək daha yaxşı olar. Bu arada, mübahisəni başqa çərçivədən necə həll etməyin yolunu axtara bilərsiniz. Bununla yanaşı, mübahisənin həllini təxirə sal-maqla siz mübahisəyə cəlb olan şəxslərə vəziyyəti götür-qoy etmək və daha yeni yanaşmalar və həll yolları ilə geri qayıtmaq üçün vaxt verirsiniz.
Qrupda baş verən mübahisələr və onların həll yolları daha geniş düny-ada mübahisələrin səbəbləri və çətinlikləri barədə dərketmə və anlamanın inkişaf etdirilməsi üçün istifadə oluna bilər. Bunun əksi də doğrudur; beynəlxalq münaqişələrin müzakirəsi yanımızda baş verən mübahisələrin dərk edilməsinə yol aça bilər.
Kompas məşğələlərini öz ehtiyaclarınıza uyğunlaşdırmaq
Kompasdakı məşğələlər bir çox formal və qeyri-formal təhsil müəssisələrində sınaqdan keçirilmiş və yoxlanmışdır. İstifadəçilərin fikrincə, Abraham Linkolnun dediyi iddia olunduğu kimi, “siz bəzi insanları həmişə və bütün insanları bəzən razı sala bilərsiniz, lakin siz bütün insanları hər zaman razı sala bilməzsiniz”. Bu, tamamilə doğrudur! Kompas sizə öz işinizdə yardım etmək məqsədilə bələdçi rolu-nu oynayır; bu resept kitabı və ya daş lövhələr üzərində yazılmış qayda deyil.
Kompasın müəllifləri 2 əsas çətinliklə üzləşiblər. Birincisi, əlavə olunmuş məsələlərin geniş auditoriyaya uyğun olması üçün məşğələləri kifayət qədər ümumi, eyni zamanda, bəzi xüsusi qrupların məsələ ilə bağlı narahatlıqlarının dərinliyinə varmaq üçün kifayət qədər detallı etməkdir. İkinci çətinlik isə onun tam əksidir: bəzi qruplar üçün çox vacib olan məsələlərin dərinliyinə varan, lakin digər qruplarda da qaldırılması uyğun olan və çox həssas olmayan məşğələləri təqdim etmək.
Bu səbəblərə görə, məşğələlər birlikdə işlədiyiniz gənclərin ehtiyaclarını tamamilə ödəyəcək şəkildə uyğunlaşdırılmalı və inkişaf etdirilməlidir. 61-ci səhifədə bizim Kompasda istifadə etdiyimiz “adi üsullar” barədə bölmə var. Müxtəlif üsulların necə işləndiyini bilmək sizə məşğələləri uyğunlaşdırmağa kömək edəcək.
Məşğələlərin uyğunlaşdırılması
Məşğələlər bizim işlədiyimiz vasitələrdir: siz seçdiyiniz məşğələnin həm sizin müraciət etmək istədiyiniz məsələlər ilə əlaqəli olmasından, həm də bu üsulun sizin qrupunuza uyğun gələcəyindən əmin olmalısınız. Məşğələni birlikdə işlədiyi qrupun ehtiyaclarını ödəyəcək şəkildə qurmaq, dəyişikliklər etmək və uyğunlaşdırmaq fasilitatorun məsuliyyətidir.
Praktiki suallar
Metodun uyğunluğunu nəzərə alarkən praktiki suallar barədə də düşünün:
Çətinlik: Əgər tapşırığın çətinlik səviyyəsi çox yüksəkdirsə, onu daha asanlaşdırmaq üçün yollar axtarın. Məsələn, məsələləri daha məhdudlaşdırın, bəyanat kartlarını yenidən yazın və ya təhlil və müzakirə hissəsi üçün digər sualları tərtib edin. Əgər çətinlik dərəcəsi az olan məşğələlərin insanları tez bezdirəcəyini və ya onların öz bilik səviyyələrini alçaldılmış hiss edəcəklərini düşünürsünüzsə, o zaman həmin məşğələlərdən mövzuya qısa və əyləncəli giriş olaraq istifadə edin.
Qrup ölçüsü: Əgər sizin böyük qrupunuz varsa, əlavə fasilitatorlara ehtiyacınız ola bilər və əlavə vaxt verə bilərsiniz. Əlavə vaxt verdiyiniz təqdirdə, diqqətli olun, çünki məşğələ özü və ya təhlil və qiymətləndirmə hissəsi uzana bilər. Təhlil və qiymətləndirmə hissəsində qrupu iki hissəyə bölün və daha sonra, iclasda məruzə etmələrinə icazə verin. Əgər rol oyunu edirsinizsə, iki nəfərə birlikdə oynamağa və ya hər rolu bölüşdürməyə imkan yaradın. Əgər iştirakçı sayı azdırsa və məşğələ kiçik qrup işini özündə birləşdirirsə, hər kiçik qrupda insan sayını azaltmaq yerinə, kiçik qrupların ümumi sayını azaldın. Bununla, siz hər bir qrup daxilində fikirlərin müxtəlifliyini qoruyursunuz.
Vaxt: Məşğələni iki sessiya çərçivəsində həyata keçirmək barədə düşünə bilərsiniz. Alternativ olaraq, daha çox vaxtdan istifadə etdikdə məşğələni planla həyata keçirməyə çalışın, məsələn, məktəbdə dərs cədvəlində 2 sessiya planlaşdırın. Əgər gənclər klubunda işləyirsinizsə, məşğələni həftəsonları həyata keçirin.
Xülasə: Burada siz metoddan istifadə ilə bağlı ümumi məsləhətlər də daxil olmaqla, məşğələnin əsası olan ümumi üsulların qısa izahı ilə tanış ola biləcəksiniz.
Materiallar: İmprovizasiya edin! Əgər flipçart kağızınız yoxdursa, o zaman bir rulon divar kağızı alın və onu uzununa hissələrə ayırın. Əgər otağınız kiçik və ya mebellə doludursa və içərisində hərəkət etmək və kiçik qruplar tərtib etmək üçün az yer varsa, o zaman daha böyük otaq tapmağa çalışın və ya hava yaxşıdırsa, niyə çölə çıxmayasınız?
Hazırlıq: Yaradıcı düşünün! Əgər siz nəyinsə surətini çıxarmaq istəyirsinizsə və kserks maşınınız yoxdursa, lakin kompyuter və printeriniz varsa, o halda rəqəmsal şəkil çəkin və kompyuter vasitəsilə nüsxələrini çıxarın.
Təlimatlar: Bəzi məşğələlər 2 hissəlidir. Yalnız ilk hissə sizin məqsədlərinizi ödəməyə imkan verə bilər.
Variantlar: Variantlar məşğələnin əslindən daha çox və ya az vaxt aparacaq. Buna şərait yaradın.
Təhlil və qiymətləndirmə: Əgər təklif olunan suallar sizin ehtiyaclarınızı ödəmirsə,digərlərini tərtib edin. Ruh yüksəkliyi üçün qeydlərdən istifadə edin. Lakin həmişə insan hüquqları məsələlərinin aydın olmasından əmin olun.
Sonrakı fəaliyyət üçün təkliflər: İrəli sürülən təkliflər uyğun olmadığı və ya praktiki problemləri təqdim etdiyi təqdirdə, digərlərini tapın. Sonrakı fəaliyyət üçün məşğələ axtarmaq üçün məşğələlərin qısa xülasəsindən istifadə edin.
Fəaliyyət üçün fikirlər: İrəli sürülən təkliflər uyğun olmadığı və ya praktiki problemləri təqdim etdiyi təqdirdə, digərlərini tapın. “Hərəkətə keçmək” bölməsindəki 3-cü fəsilə istinad edin.
Məşğələlərin tərtib olunması
Məşğələlərin hazırlanması onların uyğunlaşdırılmasından daha radikaldır. Siz məzmunu, məsələn, məşğələnin içində təqdim olunmuş bəyanat kartları və ya rol kartlarını bəyənə bilərsiniz, lakin başqa metodun daha uyğun olduğunu düşünə bilərsiniz. Məsələn, “Bircə dəqiqə” məşğələsindəki bəzi bəyanat kartlarından və “Siz harada dayanırsınız” məşğələsində əlavə olunmuş metoddan istifadə edə bilərsiniz.
Alternativ olaraq, siz sığınacaq və qaçqınlar məsələləri üzərində işləmək istəyə bilərsiniz və “İçəri girə bilərəm?” məşğələsindəki ideyaları bəyənə bilərsiniz, lakin bu və ya digər səbəbdən rol oyununun uyğun olmadığını düşünə bilərsiniz. Bu halda, siz yenə də qrupu daha kiçik qruplara bölə və rol kartlarını paylaya bilərsiniz, lakin bundan sonra “Balıq qabı” texnikasından istifadə edə və iki qaçqın və iki miqrasiya məmuruna öz məsələləri üzrə mübahisə etməyə vaxt verə bilərsiniz. Digər seçim isə, xüsusilə böyük siniflərlə işləyən müəllimlər üçün, panel debatı keçirmək və ya rol kartlarını oxumaqla hər kəsin məsələlərlə bağlı məlumatlı olduğunu təmin etmək və daha sonra, məsələn, “Bu sinifdəki hər kəs inanır ki, qaçqınlar bizim ölkəmizdə yaxşı qarşılanmalıdır” mövzusunda debat keçirməkdir.
Ümumi məsləhət
Gəncləri onları əhatə edən dünyada, yerli və qlobal səviyyədə baş verən hadisələr barəsində məlumatlı olmağa həvəsləndirin və onları maraqlandıran məsələləri sizin işiniz – sizin birgə işiniz üçün başlanğıc nöqtəsi seçin. Necə və nə öyrənmək istədikləri barədə qərar qəbul edərkən gəncləri də cəlb etməyə çalışın. Onların prakti-kaya necə cəlb olunduğu formal və ya qeyri-formal təhsil müəssisəsində işləməyiniz, gənclərin yaşı, malik olduğunuz vaxt və resurslardan asılı olacaqdır. Lakin mümkün olan hər bir halda iştirakçıları hansı növ məşğələləri yerinə yetirmək istədikləri barədə qərar verməyə cəlb edin.
İştirakçılar utanmamalı və özləri və inamları barəsində arzuladıqlarından artıq məlumat verməyə məcbur edilməməlidirlər.
Mübahisəli və provokativ məsələləri ehtiyatlı şəkildə və qayğı ilə həll edin. Əgər məsələ sizin cəmiyyətinizdə qadağan edilmişdirsə və rəhbər şəxslərin müqavimətinə səbəb olma ehtimalı varsa, məsələyə birbaşa həll tapmağa çalışmaq yerinə, digər istiqamətdən yanaşın və ya fərqli çərçivəyə salın. Məsələn, tarixi nümunədən istifadə etməklə, insanların ifadə azadlığı ilə bağlı hüquqlar üzərində düşünməyə şərait yaradın. Din, evlilik və ailə ilə bağlı hüquqlar ilə əlaqədar suallara “İnananlar” və ya “Tezliklə köhnələcək” məşğələlərində toxunulmuşdur.
Bizim bəzi məsələlərin mübahisəli və ya ziddiyyətli olduğu dünyada yaşadığımız reallığı ilə üzləşmək insan hüquqları üzrə təhsilin önəmli hissəsidir. Lakin mübahisəli və provokativ hüquqlarla bağlı məsələlərə toxunduqda iştirakçıların özlərini təhlükəsiz hiss etməsini, narahat hiss etməmələrini və ya özləri və öz inamları barədə danışmaq istədiklərindən daha çox danışmağa məcbur edilməmələrini təmin etməlisiniz. Bəyanat məşğələləri və ya tematik araşdırmalar kimi metodlar insan və mövzu arasında müəyyən məsafə yaradan yaxşı metodlardır. Digər bir yanaşma isə iştirakçıları müxtəlif mövqelərdən araşdırma aparmağa sövq etməkdir. Məsələn, on-lar bir kəsi azlıq perspektivindən qrup qarşısında çıxış etməyə dəvət edə bilərlər.
Əgər qrupunuzdakı insanlar məsələ ilə bağlı qruplara bölünübsə, məsələn, əgər azlıq müəyyən bir məsələnin onların həyatı üçün vacib və ya uyğun olmadığını düşünürsə, o zaman onlardan birbaşa olaraq, öz fikirlərini izah etməyi və əsaslandırmağı xahiş edin. Siz onların təxəyyüllərini elə cəlb etməlisiniz ki, onlar məsələnin araşdırılması ideyasına açıq olsunlar. Film göstərmək, səfər təşkil etmək (qaçqın mərkəzinə, evsiz insanlar üçün mərkəzə və ya etnik mağaza və ya kafeyə) və ya məruzəçinin çağırılması – hər biri marağın cəlb edilməsi üçün yaxşı üsuldur.
Gənclər fəaliyyətə keçmək barədə düşünməyə başladıqda siz onlara etməyi təklif etdiklərinin nəticələri barədə məsləhət verməyə hazır olmalısınız. Onlar təklif etdikləri fəaliyyətin mümkün və ehtimal olunan şəxsi, sosial və siyasi nəticələri barədə tam məlumatlı olmalıdırlar. Gəncləri özləri üçün düşünmək və məsuliyyət götürməyə təşviq etmək insan hüquqları üzrə təhsilin mühüm məqsədidir; buna görə də, siz öncədən hiss etdiyiniz hər bir çətinlik barədə danışmalı, öz fikirlərinizə görə səbəblər irəli sürməli və məsləhət verməlisiniz. Əgər siz onları bəzi fəaliyyət formalarının uyğun olmadığına inandırmaq istəyirsinizsə, o zaman alternativlər təklif etməlisiniz. (fəaliyyətə keçməyin müxtəlif formaları ilə bağlı ideyalar üçün 3-cü Fəsildəki “Hərəkətə keçmək” bölməsinə istinad edin).
Müəllimlər üçün xüsusi qeydlər
Müəllimlərin təəssüratlarına əsasən, Kompasdan bütün Avropada dil dərsləri, coğrafiya, tarix və vətəndaşlıq dərslərində və siyasi dərslərdə istifadə olunur. Məsələn, dil dərslərində “Hər kəs Fərqli - Hər kəs Bərabər” məşğələsindəki sitatlardan lüğət və dərk etməni inkişaf etdirmək üçün mətn kimi, “Bircə dəqiqə” məşğələsi isə danışıq bacarıqlarını inkişaf etdirmək üçün istifadə oluna bilər. Məsələn, uşaq əməyi, gender fərqi və təhsil imkanı barədə statistika (www.coe.int/compass saytında 5-ci Fəsildə göstərilən ümumi məlumatın müxtəlif hissəslərində də yerləşdirilmişdir) riyaziyyat dərslərində dərslik nümunələrini əvəz etmək üçün istifadə edilə bilər və bu yolla, insan hüquqları məsələlərinə marağın artırılması və maarifləndirmənin aparılmasına yardım edə bilər. “Həyat şəbəkəsi” biologiya dərslərində qida şəbəkələri və ya biomüxtəliflik dərslərinə giriş olaraq istifadə oluna bilər; “İki şəhərin nağılı” sosial elmlərdə; “İnananlar” dini təhsildə; “Aşığın hekayəsi” və “Ehtiyatlı olun, biz görürük” məşğələləri coğrafiya dərslərində ticarətə başqa bir perspektiv qatır və “Hüquq mübarizləri” məşğələsi isə beynəlxalq məsələlərlə bağlı dərslərə maraq gətirir. İmkanlar sonsuzdur.
Sinif şəraitində insan hüquqları üzrə təhsilin məqsədlərinin qarşılanması ilə bağlı bəzi əsas çətinliklər var.
Nəzərə alınmalıdır ki, sinif otağı şəraitində insan hüquqları üzrə təhsilin məqsədlərinin qarşılanması ilə bağlı bəzi əsas çətinliklər var. Məsələn, standart dərs müddəti bütün məşğələlərin yerinə yetirilməsi üçün kifayət etməyə bilər, yalnız qısa məşğələlər yerinə yetirilə bilər və ya şagirdlər öyrəndikləri barədə qərar qəbul etmək iqtidarında olmaya bilər. Bununla yanaşı, öyrəndiklərini tətbiq etmək üçün onların seçimləri məhdud ola bilər, lakin bunlar aradan qaldırıla bilməyən çətinliklər deyil. Məsələn, müəllimlər məşğələnin müddətini iki dəfə çox artırmaqla və ya normal dərs cədvəli ləğv olunduqda, “mövzu həftələri” zamanı imkanlardan istifadə etməklə dərs cədvəlinin təzyiqi kimi problemlərdən qurtulmaq üçün yollar tapırlar.
Bəzi ölkələrdə insan hüquqları üzrə təhsil “əzbərçilik”dən (müəllim şagirdlərə əzbərləmək məqsədilə məlumat verir) qurtulmaq, tənqidi düşüncə və daha azad tədrisin təşviqinə doğru istiqamətlənmək məqsədilə sinif praktikasında dəyişiklik tələb edir. Müəllimlərin adətən təlimçi, məsləhətçi və ya fasilitator rolunda çıxış etmədikləri ölkələrdə bu dəyişikliklər müəllim və şagirdlərin özlərini sorğu və ifadə azadlığının inkişaf etdiyi demokratik atmosferdə işləməyə hazır hiss etməsi məqsədilə tədricən baş verməlidir. Kompasda istifadə olunan metod və üsulların dərk edilməsi müəllimlərə dəyişiklik etməyə yardım edəcəkdir; bu aşağıda 61-ci səhifədə izah olunmuşdur və böyük siniflərdə müzakirələrin təşkil edilməsi ilə bağlı məsləhətləri da özündə birləşdirir. Fasilitatorluq bacarıqlarının inkişaf etdirilməsinin digər yolu bu iş üsulunda təcrübəsi olan bir şəxslə işləməkdir. Məsələn, yerli insan hüquqları təşkilatından bir təlimçini sizinlə birgə iclas keçirməyə və ya komandaya dərs keçməyə dəvət edin.
İdeal olaraq, bütün fənlər üzrə müəllimlər ilkin və davamlı təlim çərçivəsində sistematik olaraq müvafiq bacarıqlara yiyələnməlidirlər. Vətəndaşlıq və insan hüquqları üzrə təhsilə bütün müəllimlər necə dəstək ola bilər: bacarıqların inkişafı üçün çərçivə nəşrində bunun necə həyata keçirilməsi ilə bağlı əlavə məlumat əldə edə bilərsiniz.13
Danimarka məktəblərinin dil dərslərində Kompas və Hər kəs Fərqli - Hər kəs Bərabər Təhsil Paketindəki təcrübəyönümlü məşğələlərdən istifadə etməklə bağlı bu yaxınlarda aparılmış tədqiqatda bir çox praktiki çətinliklər aşkarlanmışdır.
Müşahidələr hər kəsin məşğələlərdən böyük zövq aldığını və müəllim və tələbələrin bu prosesdə çox aktiv iştirak etdiklərini göstərdi. Lakin təhlil və qiymətləndirmə mərhələlərində bəzi çətinliklər üzə çıxmışdır. Tələbələr öz nor-mal dərs abu-havalarından çıxmaqda çətinlik çəkmişlər və öz şərhlərini bir-birilərindən daha çox müəllimə ünvanlamışlar. Bu isə o deməkdir ki, onlar arasında dialoq və azad fikir mübadiləsi baş tutmamış və ya eyni səviyyəli tədris amilləri mövcud olmamışdır. Tələbələr müəllimlərdən şərh və ya düzəliş və müəllimlərin onları danışmağa dəvət etməsini gözləyirdilər. Nəticədə, tələbələr vaxtlarını danışılanlara qulaq asmaq və bir-birilərinə cavab verməkdən daha çox nə demək istədikləri barədə düşünmək üçün sərf etmişdirlər. Bununla yanaşı, həmişəki dərs dinamikasını dəyişmək də mümkün olmamışdır, belə ki, fəal tələbə yenə də fəal iştirak etmiş, digərləri isə vaxtını yalnız əylənməklə keçirmişdir.
İnsan hüquqları üzrə təhsil zorla qəbul etdirilə və ya diktə edilə bilməz.
Nəticə olaraq, sinifdə həyata keçirilən məşğələlər tələbələri mövzuya cəlb etmək baxımından dəyərli ola bilər. Lakin insan hüquqları üzrə təhsilin bütün məqsədlərinin, xüsusilə əməkdaşlığa nail olunması, məsuliyyətin dərk edilməsi və müvafiq addımların atılması bacarıqlarının inkişafına nail olunması üçün məhdudiyyətlər yenə də ola bilər. Buna baxmayaraq, məktəblər burada insan hüquqları üzrə təhsilin nəticələri kimi qeyd olunmuş müəyyən bacarıqların inkişaf etdirilməsi üçün önəmli dərəcədə kömək edə bilər, məsələn, aktiv dinləmə və ünsiyyət bacarıqları, tənqidi düşüncə və biliyə həvəs. Eyni qaydada, məktəb şəraitində fəaliyyətə keçmək də ilk baxışda problemli görünə bilər. Lakin fəaliyyətə keçmək bir çox məsələni özündə birləşdirə bilər və sinif şəraitində bu, ümumi davranışda inkişaf, dostlarına qarşı daha çox diqqət, şagirdlərin özləri üçün insan hüquqları qəhrəmanları barədə araşdırma aparmağa qərar verməsi və ya tarixə daha sorğulayıcı yanaşmada özünü göstərə bilər. 3-cü Fəsildə necə fəaliyyətə keçməklə bağlı daha çox ideya mövcuddur. Müəllimlər üçün məşğələlərin bir çoxunu həyata keçirmək çətindirsə, onlar bilməlidirlər ki, insan hüquqları üzrə təhsil, həmçinin, bilik və dərketmənin inkişafıdır, məsələn, insan hüquqlarının nə olması, hüquqların tarixi inkişafı, hüquqi vasitələr və insan hüquqlarının vətəndaş cəmiyyətinin inkişafı və dünyada sülhün bərqərar olması üçün uyğunluğu buraya daxildir və onlar hamısı formal təhsil sistemində öz yerini tapır. İnsan hüquqları və qlobal mövzularla bağlı məlumat (4-cü, 5-ci Fəsil və Əlavələr) öz növbəsində önəmi tədris və təhsil materialı hesab olunur.
7-13 yaş arası uşaqlarla işləyən müəllimlər də uşaqlar üçün insan hüquqları üzrə vəsait olan və məşğələləri məktəb dərslərinin strukturuna daha çox uyğun gələn Kompasitoya müraciət etmək istəyə bilər.
Nəticədə, “hədər getmiş insan hüquqları üzrə təhsil” barədə şərh verdikdə, hüquqlar üzrə təhsili nəzərdə tutan, lakin tədris üsuluna görə insan hüquqları üzrə təhsil hesab olunmayan təhsili nəzərdə tuturuq. İnsan hüquqları üzrə təhsili tədris etməyin bir çox yolları var, lakin bu fəsilin başlığında da dediyimiz kimi, proses vacibdir. Buna görə də, insan hüquqlarını tədris edən hər hansı tədris üsulunun insan hüquqları üzrə təhsil olaraq tanınması üçün o, insan hüquqlarına tələbələr tərəfindən hörmət edilməsini və dəyər verilməsini təmin edəcək şəkildə tədris olunmalıdır. İnsan hüquqları üzrə təhsil məcburi şəkildə qəbul etdirilə və ya diktə ol-una bilməz. Bununla yanaşı, insan hüquqları üzrə təhsilə təkcə sinif otağında tədris olunan təhsil kimi yanaşılmamalıdır; o, bütün məktəb və daha geniş cəmiyyətə doğru genişlənməlidir.
Kompas məşğələlərini daha da möhkəmləndirən sadə metodlar
Kompas məşğələlərini daha da möhkəmləndirən sadə metod və üsulların dərk edilməsi məşğələlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün vacibdir. Biz istifadə etdiyimiz metodları “məşğələ” adlandırırıq, çünki iştirakçılar həm zehni cəhətdən, həm də adətən fiziki cəhətdən aktiv olurlar. Lakin onlar sadəcə məşğələ olmaqdan daha artıqdırlar: onlar aydın təhsil məqsədləri daşıyır və biz onları məqsədli şəkildə istifadə edirik. Bəzən məşğələlər “oyunlar” adlandırılır. Bu, onu göstərir ki, məşğələlər həmçinin əyləncəlidir, onlar, həqiqətən də, elədir! Təəssüf ki, bəzi insanlar “oyun” sözünü uşaqların oynadığı oyunla əlaqələndirir və onlar oyunların daşıdığı ciddi təhsil dəyərini unudurlar. Sadə metodologiyanın dərk edilməsi həm fərdi məşğələləri birlikdə işlədiyiniz gənclərin ehtiyaclarının qarşılanması üçün uyğunlaşdırdıqda, həm də öz məşğələlərinizi hazırladıqda sizə yardım edəcəkdir. Bununla yanaşı, məşğələləri necə yerinə yetirməklə bağlı təlimatların yazılması zamanı biz düşündük ki, insan-lar “qrup işi”, “beyin fırtınası” və “rol oyunu” kimi terminləri bilir və anlayır. Bununla belə, aşağıda onlar izah olunmuşdur.
Qrup işi
Qrup işi bir çox məşğələlərin əsasıdır; bu, insanlar məşğələnin tamamlanması üçün birgə işlədikdə, müxtəlif bacarıqlarını və istedadlarını birləşdirdikdə və bir-birilərinin güclü cəhətlərinə arxalandıqda baş verir. Qrup işi:
- Məsuliyyətə təşviq edir. İnsanlar etdikləri işə sahib çıxdıqlarını düşündükdə nəticəyə köklənir və yaxşı nəticə əldə etmək üçün çalışırlar.
- Ünsiyyət bacarıqlarını inkişaf etdirir. İnsanlar digərlərinin dediklərinə qulaq asmaq və anlamaq, onların ideyalarına cavab vermək və öz fikirlərini irəli sürmək bacarığına sahib olmalıdır.
- Əməkdaşlığı inkişaf etdirir. İnsanlar tezliklə anlayır ki, ümumi məqsəd uğrunda çalışdıqları zaman bir-biriləri ilə rəqabət etmək yerinə, əməkdaşlıq etməklə daha yaxşı nəticə əldə edirlər.
- Qərar vermək bacarıqlarını da özündə birləşdirir. İnsanlar tez bir za-manda anlayır ki, qərar qəbul etməyin ən yaxşı yolu əlinizdə olan bütün
- məlumatlardan istifadə etmək və hər kəsi qane edən həll yolu tapmaqdır. Qərar qəbulu prosesindən kənarda qaldığını düşünən bir şəxs qrupun işini müvəffəqiyyətsizliyə uğrada və qrupun digər üzvləri tərəfindən qəbul olunan qərarlara hörmət etməyə bilər.
Qeyd etmək lazımdır ki, müvəffəqiyyətli qrup işi məşğələyönümlü olmalıdır; cavablanması lazım olan aydın sual və ya həlli gözlənilən, açıq şəkildə izah olunmuş bir problem mövcud olmalıdır. İnsanlara sadəcə “məsələni müzakirə edin” demək səmərəli olmayacaqdır. Mövzunun nə olmasından asılı olmayaraq, işin aydın şəkildə izah olunması və iştirakçıların diqqəti bütün qrupa izah etməli olduqları məqsəd üzərində işləməyə yönəltməsi vacibdir. Bu, yalnız məhsulun önəmli olması demək deyil! Əsas məsələ iştirakçıların aydın şəkildə müəyyən olunmuş çərçivə daxilində birgə çalışmaq prosesi vasitəsilə daha yaxşı öyrənməsidir.
Kompasdakı məşğələlərin çoxunda “təcrübə” mərhələsində kiçik qrup işi və tədris dövrünün (təhlil və qiymətləndirmə) “düşünmək” və “ümumiləşdirmək” mərhələlərində isə bütün qrupun birlikdə çalışması tələb olunur. Kiçik qrup işi hər kəsi iştirak etməyə həvəsləndirir və müştərək qrup işini inkişaf etdirməyə yardım edir. Kiçik qrupun sayı qrupda ümumilikdə neçə insanın olduğu və hansı böyüklükdə yerə sahib olmağınız kimi praktiki faktorlardan asılıdır. Kiçik qruplar 2 və ya 3 in-sandan ibarət ola bilər, lakin kiçik qruplar ən yaxşı 6-8 insanla alınır. Kiçik qrup işi verilən tapşırıqdan asılı olaraq, 15 dəqiqə, bir saat və ya bir gün davam edə bilər.
Beyin fırtınası
Beyin fırtınası yeni mövzunun təqdim olunması, yaradıcılığın təşviq edilməsi və tez bir zamanda bir çox ideyanın ortaya atılması prosesidir. Beyin fırtınasından xüsusi bir problemin həlli və ya hər hansı suala cavab vermək üçün istifadə oluna bilər. Beyin fırtınası necə həyata keçirilir:
- Beyin fırtınası etmək istədiyiniz məsələni seçin və onu sadə sual və ya bəyanat formasına çevirin.
- Hər kəsin görə biləcəyi yerdə yerləşdirilmiş kağız parçası və ya lövhədə sualı yazın.
- İnsanlardan öz fikirlərini irəli sürməyi xahiş edin. Fikirləri sual və ya bəyanatların altında yazın. Bir sözdən və ya qısa ifadələrdən istifadə edin.
- İdeyalar yaranmağa başladıqda beyin fırtınasını dayandırın və daha sonra,
- Şərhlər istəyin və təklifləri nəzərdən keçirin.
- Daha sonra yekunlaşdırın və yeni əldə etdiyiniz biliklə məşğələyə və ya müzakirəyə keçid alın.
Beyin fırtınasının qaydaları:
- HƏR BİR yeni təklifi yazın. Adətən ən yaradıcı və ən çılğın təkliflər ən faydalı və maraqlı təkliflər olur!
- Beyin fırtınasının sonuna qədər heç kəs yazılanları mühakimə edə və ya şərh bildirə bilməz.
- Təkrara yol verməyin. Əgər kimsə artıq lövhədə yazılmış ideyanı irəli sürsə, ona təşəkkür edin və həmin yazdığınız fikri göstərin.
- Hər kəsi iştirak etməyə həvəsləndirin.
- Qrupu mütləq şəkildə həvəsləndirmək lazımdırsa, yalnız öz fikirlərinizi irəli sürün.
- Təklif aydın deyilsə, açıqlamaları üçün xahiş edin.
Divar yazısı
Bu beyin fırtınasının bir formasıdır. Fasilitator beyin fırtınası həyata keçirilən fikir və ya sualı geniş və təmiz divarda yazır. Lakin fasilitator daha sonra təklifləri bunun altında yazmır, onun əvəzinə, iştirakçılar öz fikirlərini kiçik kağız parçalarına yaza-raq divara özləri yapışdırır. Bu metodun üstünlükləri ondan ibarətdir ki, insanlar digər insanların fikirlərindən təsirlənmədən özləri oturub sakit şəkildə düşünə bilir və müzakirə zamanı qruplaşmaya aid ideyalara uyğun olaraq bu kağız parçalarının yerini dəyişdirmək mümkündür.
Assosiasiya oyunu
Bu beyin fırtınasının ünsiyyəti başlatmaq və ya müzakirə yaxud məşğələyə giriş olaraq istifadə oluna biləcək başqa bir növüdür. İştirakçılar dairəvi şəkildə oturur və fasilitator əsas sözü deməklə başlayır (seçdikləri söz təqdim etmək istədikləri mövzunun əsasıdır). Dairə boyunca, hər bir şəxs öz növbəsi çatdıqda ilk öncə əsas sözü təkrarlayır, daha sonra isə, əsas sözlə bağlı beyinlərinə gələn ilk sözü deyir. Hər bir şəxs özündən əvvəlki insanın dediyi sözə cavab olaraq bir söz səsləndirməlidir.
Müzakirə məşğələləri
Müzakirələr insan hüquqları üzrə təhsilin ayrılmaz hissəsidir, çünki müzakirə vasitəsilə insanlar məlumatı təhlil etmək, tənqidi düşünmək, ünsiyyət bacarıqlarının inkişafı, fikirlərin bölüşülməsi və təcrübə vasitəsilə öyrənməyi inkişaf etdirirlər, buna görə də, “təhlil və qiymətləndirmə” bölməsi hər bir məşğələnin əsas hissəsini təşkil edir.
Müzakirə aparmağın bir çox müxtəlif yolu var, xüsusilə, bir qədər əməkdaşlıq və iştirak tələb edən bəzi üsullar öz-özlüyündə məşğələ olaraq hesab edilə bilər. Məsələn, insanların kiçik qruplarda həll etməli olduğu problemlər “məşğələlər” hesab oluna bilər, məsələn, “Bircə dəqiqə” və “Gəlin cinsi əlaqədən danışaq” məşğələləri. “Müzakirə məşğələsi”ndən sonra insanların öyrəndiklərini ümumiləşdirmək və qiymətləndirmək mərhələsinə keçməli olduğunu deməyə ehtiyac yoxdur.
Böyük qruplarda müzakirələr
Səs-küylü qruplar
Ümumi qrup müzakirələrində heç bir fikir ortaya çıxmırsa, bu, faydalı metod-dur. İnsanlara bir neçə dəqiqə ərzində kiçik qruplar və ya ikili qruplarda mövzunu müzakirə etməyi, daha sonra, qrupun qalan hissəsi ilə ideyalarını bölüşməyi xahiş edin. Qısa zamanda siz söhbətlərlə səs-küy yaradılan mühit və ideyaları bir birinə ötürməklə səs-küyə səbəb olan insanlar görəcəksiniz!
Bəyanat məşğələsi
Bu üsul iştirakçılara fikirlərini onları əsaslandırmaq zərurəti olmadan irəli sürmək imkanı verir. Bu, insanları öz fikirlərini bölüşməkdə özlərinə güvənmələri üçün həvəsləndirməyin gözəl üsuludur.
Qrupla araşdırmaq istədiyiniz bir mövzu ilə bağlı bir neçə bəyanat (4-6 bəyanat kifayətdir) hazırlayın. İki variantda işarələr hazırlayın, “mən razılaşıram” və “mən razılaşmıram” və onları 6-8 metr uzaqlıqda döşəməyə qoyun. Əgər istəsəniz, 2 ziddiyətli fikir arasında məsafəni simvolik şəkildə göstərmək məqsədilə döşəmənin üzərinə 2 işarənin arasına kəndir və yalent qoya bilərsiniz.
Hazırladığınız bəyanatları səsli oxuyun və iştirakçılardan özlərini 2 ziddiyyətli fikir arasında yerləşdirməklərini xahiş edin; qərarsız olanlar mərkəz nöqtədə dayansınlar. Əgər istəyirlərsə, iştirakçılar niyə məhz orada dayandıqlarını izah etsinlər. Eşitdikləri arqumentlər qarşısında öz fikirlərini dəyişdirdikləri təqdirdə, onları mövqelərini dəyişməyə sövq edin.
Bu üsulun dəyişik forması “Nəzər nöqtələri” adlanır. Otağın dörd divarına yapışdırmaq üçün dörd işarə hazırlayın: “razıyam”, “razı deyiləm”, “bilmirəm” və “bir şey demək istəyirəm”. Əvvəlkində olduğu kimi, burada da insanlar cavablarına uyğun yerdə dayanır və öz yerlərini istədikləri vaxt dəyişə bilirlər.
Balıq qabı
Bu metod iştirakçıların şərhlərini fasilitator və ya müəllimə deyil, bir-birlərinə ünvanlamaları üçün faydalı üsuldur. Bir neçə (ideal olaraq, 4-6 iştirakçı) iştirakçını otağın ortasında kiçik dairədə oturub mövzunu müzakirə etməyə dəvət edin, digərləri isə bu vaxt dairədən kənarda oturub “qabdakı balıqlar”a qulaq asırlar. Müşahidəçilərdən kimsə müzakirəyə qoşulmaq istədikdə, önə doğru gəlir və “balıq”lardan birinin qarşısında dayanır. Bu “balıq” o zaman dəyişir və dinləyicilərə qoşulur.
Bu metoddan istifadə etmənin bir çox üstünlükləri var. Ən önəmli üstünlüyü on-dan ibarətdir ki, iştirakçılar müzakirəyə nəzarəti ələ ala bilir, bir insan çıxış etmək barədə qərar verdikdə gəlib danışa bilir, həmçinin, qrupun digər üzvləri uzun çıxışlar edən və təkrar fikirlər səsləndirən bir kəsin çıxışını yerini dəyişməyə məcbur etməklə dayandıra bilirlər.
Debatlar
Ənənəvi qrup debatları, xüsusilə digər müzakirə üsullarının da tətbiq oluna bildi-yi siniflərdə çox faydalı olur. Əgər bütün sinif müzakirə etməyə hazırdırsa, məsələn, “Bu qrup inanır ki, insan hüquqları universal deyil, Qərb dünyasının ixtirasıdır” möv-zusunda, o zaman müəllimi deyil, şagirdlərdən birini debatın sədri təyin edin.
Debatın başqa bir forması isə auditoriyanın ekspertlər panelini suallara cavab verməyə dəvət etdiyi panel debatıdır. Bu, məlumatın təmin olunması, müraciətin təşviqi, insanların müxtəlif nəzər nöqtələrini aşkar etmək və insan hüquqlarının kompleks olduğunu göstərmək üçün yaxşı üsuldur. Məsələn, “Makah balina ovu” tapşırığından 8 könüllüyə rol kartlarını təqdim edin (müzakirədə iştirak edən 4 təşkilatın hər birini təmsil etmək üçün 2 şəxs).
Kiçik qruplarda müzakirələr
Müzakirələr adətən kiçik qruplarda daha yaxşı aparılır, çünki hər kəsin müzakirələrdə iştirak üçün daha çox imkanı olur. İnsanlar kiçik qruplarda yalnızca özlərini ifadə etmək üçün daha əmin hiss etmir, həmçinin, hər bir insan danışmaq üçün daha çox vaxta sahib olur.
Müzakirə məşğələləri, adətən, kartlar üzərində təqdim olunan stimul materiallarına əsaslanır. Stimul materialları nümunələrinə televiziya xəbərləri, posterlər, bəyanat kartları, tematik araşdırmalar və şəkillər daxildir. Stimul materialları hazırlayarkən öz hədəf qrupunuz barədə düşünmək, təhqiredici və ya çox şəxsi olan məlumatların istifadəsindən çəkinmək vacibdir.
Siz, həmçinin, cavan qrupların oxuma bacarıqları səviyyəsini və çoxmədəniyyətli qruplar ilə işlədikdə, dil bacarıqlarını nəzərə almalısınız; bu hallarda, sadə dildən istifadə edin. Kartlar üzərindəki məlumatlar mümkün qədər qısa olmalıdır, 2-8 sıra, maksimum isə bir A4 vərəqinin yarısı qədər olmasına üstünlük verilir.
AAA BBB CCC
Bu, insanlar sizin “tədris etməyinizi” istəmədiyi halda, öz bilik və dərketməsini inkişaf etdirmək istədikdə çox faydalı üsuldur. İnsanlar kiçik qruplarda mövzunun aspekti barədə təcrübələrini inkişaf etdirmək üçün çalışır. Həmin qruplar daha son-ra yeni fərqli qruplar təşkil edir və biliklərini bölüşür. Üzərində çalışmaq istədiyiniz məsələ ilə bağlı hər bir qrup üçün sual və ya bəyanat kartı hazırlayın. Hər bir qrup ümumi məsələyə müxtəlif yanaşma tərzi ortaya qoyur.
İştirakçılardan üç kiçik qrup hazırlayın; birinci qrup A qrupu, ikinci qrup B qrupu, üçüncü qrup isə C qrupudur. Hər bir qrupa sualı və ya problemi müzakirə etmək üçün ümumi razılaşdırılmış vaxt müddəti verin. Daha sonra, elə formada yenidən qruplara ayırın ki, yeni qrupun hər birinə əvvəlki qrupdan bir nəfər daxil olsun; başqa sözlə, yeni formalaşmış qruplar ABC, ABC, ABC formasında olsun. ABC qruplarına problemin həlli və ya hər bir üzvün iştirakının tələb olunduğu ümumi razılaşmaya gəlmək barədə tapşırıq verin.
Papaqdakı bəyanatlar
Bu üsul mövzunun təqdim olunması, insanların danışmağa və ya ideyalar irəli sürməyə sövq edilməsi üzrə həssas bir üsuldur. Bir neçə sual və ya bəyanat kartları hazırlayın və onları papağa yerləşdirin. Həmin papağı bir-bir ötürün və ya dairənin ortasına qoyun.
Növbədəki insandan bir kart çıxarmağı və onunla bağlı şərh verməyi xahiş edin. Fasilitator kart hazırlamaq əvəzinə, o, iştirakçılardan öz bəyanat və sual kartlarını hazırlamağı xahiş edə də bilər. Bu yolla, suallar anonim şəkildə qrupa təqdim oluna bilər, bu isə həssas mövzuların müzakirəsi üçün çox faydalıdır.
Sıralama
Əgər siz kiçik qruplara yönəlmiş müzakirələr aparmaq istəyirsinizsə, bu müzakirə məşğələsi çox faydalıdır. Sizin hər bir kiçik qrup üçün bir qrup bəyanat kartına ehtiyacınız olacaq; 9-12 bəyanat kifayətdir. İnsanların müzakirə etməsini istədiyiniz mövzu üzrə bir neçə sadə bəyanat seçirsiniz və hər bir kartda bir bəyanat yazırsınız. Qruplar bəyanatları müzakirə edir və bu bəyanatların vaciblik dərəcəsinə görə razılığa gəlməyə çalışır. Bu ya pilləkən, ya da brilyant üsulu ilə edilə bilər. Pilləkən sıralaması zamanı ən vacib bəyanat ən üstdə yerləşdirilir, ondan sonrakı dərəcədə əhəmiyyətli bəyanat onun altında və bu formada davam edir və ən az vacib olan bəyanat isə ən aşağıdakı pillədə yerləşdirilir.
Brilyant sıralaması üçün sizin 9 bəyanat kartına ehtiyacınız var. İnsanlar di-aqramda göstərildiyi kimi, ən önəmli bəyanatın hansı olduğu, daha sonra, iki ən önəmli bəyanatın hansı olduğu, bundan sonra isə 3 orta əhəmiyyətli bəyanatın hansı olduğu və s. haqqında razılığa gəlmək üçün danışıqlar aparır. Məsələlər çox nadir hallarda tam aydın olduğu üçün brilyant sıralaması üsulu əksər hallarda sadə sıralama üsulundan daha çox uyğun olur. O, daha qüsursuzdur, buna görə də, iştirakçılar tərəfindən daha çox qəbul olu-nur. Bu üsul, həmçinin, konsensusun qurulması üçün daha yaxşı imkanlar yaradır. Sıralama metodunun fərqli formaları 8 bəyanatın yazılması və iştirakçıların özləri tərəfindən bir bəyanatın yazılması üçün bir kart blankının ayrılmasından ibarətdir.
Tematik araşdırmalar
Tematik araşdırmalar problemi insanlara izah edən, hadisələr barədə kiçik “hekayələr”dir. Bəyanat kartları kimi, onlar da məlumatı qeyri-didaktik üsulla təqdim etmək üçün faydalı vasitələrdir. Onlar, həmçinin, iştirakçılar və problem arasında məsafə yaratdığından və bu yolla, mövzunun müzakirəsi insanlara daha az ürküdücü gəldiyindən dəyərlidir. Məsələn, qrupda dələduzlar var və siz bu problemi həll etmək istəyirsiniz, bu halda, siz real vəziyyətə paralel halları özündə birləşdirən, dələduzluq etmək barədə hekayə təqdim edə bilərsiniz. İştirakçılar tematik hekayəni oxuyur, problemi təhlil edir və problemin həlli üçün təklif irəli sürməyə çalışır.
Tamaşa
Tamaşa hazırlamaq üsulu ilə ideya və məsələlərin araşdırılması insanlara başqa halda ifadə edə bilməyəcəkləri emosiyalar, düşüncələr, arzular və yaradıcılıq imkanları təmin edir. Tamaşa insanı tam şəkildə, onların beyinləri, ürəkləri və əlləri vasitəsilə əhatə edir, buna görə də, onların yalnız intellekti deyil, həmçinin, hiss və emosiyaları da əhatə olunur, bu isə onu çox güclü vasitəyə çevirir. Bununla yanaşı, bu, çox effektiv üsuldur, çünki o, bütün tədris üsullarına cavab verən insanları cəlb edir (eşitmə, vizual, kinoestetik və ya toxunma). Sorğu mərhələsi, xüsusilə, rol oyunu və simulyasiyalar kimi tamaşanın hansısa bir növünə əsaslanan məşğələlərdən sonra vacibdir. İştirakçılar öz hislərini müzakirə etmək və nəyə görə bunları etməyə üz tutduqlarını açıqlamazdan əvvəl, roldan çıxmaq üçün vaxta ehtiyac duya bilərlər.
Rol oyunu
Rol oyunu iştirakçılar tərəfindən oynanılan kiçik tamaşadır. İştirakçıların konkret vəziyyətdə öz həyat təcrübələrinə əsaslanaraq rol oynamasına baxmayaraq, rol oyunları əksər hallarda improvizə olunur. Rol oyunları vəziyyətin dərk edilməsini asanlaşdıra və insanların təsvir edilən insanlarla empatiya qurmasına təşviq edə bilər. Rol oyunları insanlara çətin vəziyyətləri təhlükəsiz mühitdə təcrübədən keçirmək imkanı yaradır.
Rol oyunları həssas şəkildə tətbiq olunmalıdır. İlk növbədə, insanların sonda roldan çıxa bilməsi üçün vaxta ehtiyacları var. Digər tərəfdən, hər kəs fərdlərin hislərinə və qrupun sosial strukturuna hörmətlə yanaşmalıdır. Məsələn, fiziki məhdudiyyətli insanlar haqqında rol oyunu insanların özlərinin bu fiziki məhdudiyyətlərdən (bəlkə də, gözlə görünmür) əziyyət çəkə biləcəyi və ya fiziki məhdudiyyətli dost və ya qohumlarının ola biləcəyi faktını nəzərə almalıdır. Onların hisləri incinməməlidir, məcburi şəkildə heç bir təsirə məruz qalmamalı və ya təcrid olunmamalıdırlar. Əgər belə hal baş verərsə, buna ciddi yanaşın və vəziyyəti izah edərək üzr istəyin.
Həmçinin, stereotiplərin yaradılması barədə də çox ehtiyatlı olun. Rol oyunları insanların oynamaq və ya təqlid etmək “bacarığı” vasitəsilə iştirakçıların digər insanlar barədə nə düşündüklərini təsvir edir. Bu da belə məşğələləri böyük əyləncəyə çevirən faktordur! Sorğu mərhələsində bu sualı vermək faydalıdır – “Siz, doğurdan da, rolunu oynadığınız insanların belə olduğunu düşünürsünüz?” İnsanları məlumatı daimi olaraq tənqidi nəzərdən keçirmək ehtiyacı barədə məlumatlandırmaq çox maairfləndiricidir; iştirakçılardan bu rolun inkişafını əsaslandırdıqları məlumatı haradan almaları barədə sual verin.
Simulyasiyalar
Silmulyasiyalar insanları tanış olmadıqları vəziyyət və rollara daxil edən, daha genişləndirilmiş, struktur halına salınmış rol oyunları (onlarda eyni dərəcədə im-provizasiya yoxdur) kimi düşünülə bilər. Məsələn, “Dərmanların əldə olunması” məşğələsindəki məhkəmə otağı müəyyənləşdirilmiş, hazırlanmış və iştirakçılara oynayacaqları rollar barədə təfərrüatlı məlumat verilmişdir. Simulyasiyalar, xüsusilə şəxsi olaraq razılaşmadıqları bir fikri müdafiə etməli olan iştirakçılardan olduqca yüksək dərəcədə emosional iştirak və intellektual bacarıq tələb edir.
Forum teatrı
Forum teatrı izləyicilərin qarşılıqlı əlaqəsini təşviq edən, problem və ya məsələ ilə məşğul olmağın müxtəlif yollarını araşdıran teatrın interaktiv bir formasıdır. Forum teatrı (Boalın teatrı, “Zülm çəkmişlərin Teatrı” və ya “inkişaf Teatrı” kimi də tanınır) 1970-ci illərin əvvəllərində izləyicilərinə səlahiyyət vermək istəyən Avqusto Boal tərəfindən yaradılmışdır.
Forum teatrı rol oyununun bir formasıdır. İzləyici baş qəhrəmanın öhdəsindən gələ bilmədiyi bir çətinlik və ya maneə ilə üzləşdiyi qısa bir oyuna baxır; mövzu tamaşaçının həyatına birbaşa bağlı bir formada təqdim olunur. Tamaşa oynanılan vaxt səhnə təkrarlanır və izləyicilər səhnəyə daxil olub, baş qəhrəmanın hansısa bir səhnəni necə oynaya biləcəyi barədə alternativlər təklif edir. Aktyorlar bir növ təcrübə və ideyaların məşq olunduğu və paylaşıldığı teatr debatı yaratmaqla bu seçimlərin nəticələrini tamaşaçılar ilə bölüşür və bununla, həm həmrəylik və eyni
zamanda insanların da bu işə cəlb olunduğu hissini yaradır.
Forum teatrı insan hüquqları üzrə təhsilin tədrisi üçün (məsələn, problemləri həll etməyin və ya mübahisələrin həlli yollarını axtararkən) çox faydalı üsuldur. Bu,insanlara səhnəyə girmək və müxtəlif imkanları kəşf etmək üçün şərait yaradır. Bu yolla, hadisə daha təhlükəli hadisə üçün məşq kimi və ya hər bir vəziyyətdə, keçmiş, indiki və ya gələcəkdə, alternativ variantların açılması və təhlil edilməsi üçün istifadə oluna bilər.
Audiovizual metodlar
Şəkillərdən istifadə: fotolar, karikaturalar, rəsm, kollaj
“Bir şəkil min sözə bərabərdir”. Vizual materiallar həm məlumatın təmin olunması, həm də marağın yaradılması üçün güclü vasitədir. Həmçinin, yadda saxlayın ki, rəsm yalnız vizual düşünmə tərzini üstün tutan insanlar üçün deyil, eyni zamanda, özlərini sözlə ifadə etmək barəsində çox da bacarıqlı olmayan insanlar üçün özünü ifadə və ünsiyyətin önəmli vasitəsidir. Şəkil və rəsmlərdən istifadə edilən məşğələlər üçün ideyalar 2-ci Fəsildə “Şəkillərlə oynamaq” başlığı altında təqdim olunmuşdur.
Şəkil kolleksiyası yaratmaq üçün məsləhətlər
Şəkillər elə çoxtərəfli bir vasitədir ki, fasilitatorlar üçün öz şəkil kolleksiyalarının yaradılması çox yaxşı ideyadır. Şəkillər qəzetlər, jurnallar, posterlər, səyahət broşurları, açıqcalar və ya təbrik kartlarından toplana bilər.
Şəkilləri kəsin, kartın üzərinə uyğunlaşdırın və şəffaf, arxa hissəsi yapışqan olan plastik örtüklərlə (kitabların üzlənməsi üçün satılan) üzləyin ki, daha davamlı olsun və onları tutmaq rahat və xoş olsun. Şəkillər hər biri eyni ölçüdə olsa, kolleksiya daha çox dəst kimi görünəcək. A4 ideal ölçüdür, lakin A5 də yaxşı, praktiki alternativdir.
Hər şəklin arxasında istinad nömrəsinin yazılması və mənbə, ilkin ad və ya digər faydalı məlumatın başqa bir yerdə qeyd olunması yaxşı fikirdir. Belə ki, insanların cavab verməli olduğu yalnız bir şəkil olacaq və onlar digər tərəflərə yönəlməyəcəklər. Şəkilləri seçərkən şimal, cənub, şərq və qərbdən olan, eyni zamanda müxtəlif təbii və sosial mühitlərdən olan şəkilləri seçməyə çalışın. İnsan şəkilləri seçərkən müxtəlifliyə fikir verin və gender, irq, bacarıq və bacarıqsızlıq, yaş, milliyyət və mədəniyyət məsələləri ilə bağlı ehtiyatlı olun. Eyni zamanda, öz ölçüləri və rənginə görə fərdi şəkillərin təsirini nəzərə alın. Bu təsir insanların şəkil barədə təsəvvürünü korlaya bilər, buna görə də, öz kolleksiyanızı ahəngdar etməyə çalışın ki, eyni formalı dəstiniz olsun.
İstifadə etmək istədiyiniz şəkil və rəsmlər üzərində müəllif hüquqlarının qeyd olunub-olunmadığını yoxlamağı nəzərinizdə saxlayın.
Filmlər, videolar və radio oyunlarından istifadə
Filmər, videolar və radio oyunları insan hüquqları üzrə təhsildə güclü vasitələrdir və gənclər arasında məhşurdur. Bir filmə baxdıqdan sonra müzakirə aparılması işin daha sonrakı mərhələsi üçün yaxşı başlanğıc nöqtəsi olacaqdır. Haqqında danışılanlar insanların filmə ilkin reaksiyası, filmin “real həyat”a nə qədər uyğun olması, qəhrəmanların real oynanılması və ya siyasi yaxud mənəvi bir fikirin təbliğ edilməsi və hansı insan hüquqları məsələlərinin işıqlandırılması olacaqdır.
İstifadə etmək istədiyiniz videoların üzərində müəllif hüququnun olması və ya onların işıqlandırılması ilə bağlı hər hansı məhdudiyyətlərin olub-olmaması barədə araşdırın. Bir sinif və ya gənclər qrupu üçün ekranlaşdırma vasitəsilə ictimai nümayiş təşkil edilə bilər.
Şəkil, film və video çəkmək
Videokameralar, rəqəmsal kameralar və mobil telefonların texnologiyası hər kəs üçün video və şəkillərin çəkilməsini mümkün edir. Gənclərin müəllifi olduğu şəkil və filmlər onların düşüncələrini və yanaşmalarını göstərən ən yaxşı vasitələrdən biridir.
Video məktublar
KİV: qəzetlər, jurnallar, radio, televiziya, internetVideo məktubların bütün maneələr və qərəzli fikirlərin qarşısını aldığı sübut olunmuşdur. O, başqa halda üzbəüz görüşməyəcək insanlar üçün söhbət etmək və digərlərinin necə yaşadıqları və onlar üçün nəyin önəmli olması barədə məlumat almaq imkanı yaradır. Bunun bir nümunəsi kimi Britaniya televiziya layihəsini göstərmək olar. Burada bir roma qadın və roma düşərgəsinin yaxınlıqdakı bir sak-in bir-biriləri ilə danışmaqdan imtina edir. Lakin vasitəçi onları bir-birlərinə video məktub göndərmək barədə razı salmağa müvəffəq olur. Onlar öz evləri və ailələrini nümayiş etdirməklə buna başlayırlar. Daha sonra, ardıcıl məktublarda onlar öz həyatları barədə daha çox məlumat verməklə, bir-biriləri haqqında qərəzli fikirlərini anlayış və şəfqətlə əvəzləyirlər. Onların ortaq nöqtələrinin nə vaxtsa düşünə biləcəklərindən dəfələrlə çox olduğunu anlayır, nəticədə, şəxsən görüşməyə razı olurlar.
KİV: qəzetlər, jurnallar, radio, televiziya, internet
KİV müzakiə materialı üçün qüsursuz mənbədir. Xəbərlər və informasiyanın təqdim olunma yollarını müzakirə etmək, qərəzlər və stereotipləri təhlil etmək həmişə maraqlıdır. Daha sonrakı müzakirə mövzuları kütləvi informasiya vasitələrinə sahiblik, siyasi təhrif, senzura və ifadə azadlığıdır. “Ön səhifə” məşğələsi, xüsusi olaraq, bu məsələlər ilə əlaqəlidir və www.coe.int/compass saytında ümumi məlumat hissəsində siz bununla bağlı daha çox fikir əldə edəcəksiniz. Bir daha qeyd edirik ki, istifadə etmək istədiyiniz materialların müəllif hüququnu yoxladığınızdan əmin olun.
11 “Təlimin Əsasları” və “Təşkilati İdarəetmə” təlim dərslikləri təlimçi və fasilitatorlar üçün tədris üsulları və yanaşmaları barədə başlanğıc üçün faydalı məlumatı özündə əks etdirir. “Təlimin Əsasları”,
Avropa Şurası Nəşriyyatı, 2002. “Təşkilati İdarəetmə”, Avropa Şurası Nəşriyyatı, 2000. www.youth-partnership-eu.coe.int saytından yükləyə bilərsiniz.
12Gollob, R., Krapf, P. Olafsdottir, O., və Weidinger, W. (2010) Demokratiya üçün tədris etmək: Demokratik vətəndaşlıq və insan hüquqları təhsili üzrə materiallar. Strazburq: Avropa Şurası
13Brett P. Mompoint-Gaillard, P və Salema M.H. (2009) Bütün müəllimlər vətəndaşlıq və insan hüquqları üzrə təhsilə necə dəstək verə bilər: bacarıqların inkişafı üzrə çərçivə. Strazburq: Avropa Şurası
- 1-ci Fəsil – İnsan Hüquqları üzrə təhsil və Kompas: ümumi məlumat
- 2-ci Fəsil –İnsan Hüquqları Təhsili üzrə praktiki məşğələlər və metodlar
- 3-cü Fəsil – İnsan Hüquqları uğrunda hərəkətə keçmək
- 4-cü Fəsil – İnsan Hüquqlarını başa düşməkUnderstanding Human Rights
- 5-ci Fəsil – Qlobal İnsan Hüquqları Mövzuları üzrə Ümumi Məlumat
- Əlavələr
- İzahlı lüğət
Bizim birlikdə bildiklərimizi tək başına aramızdan heç kəs bilmir.
Lao Tse