İnsan Hüquqları Təqvimi
Aşağıdakı təqvim dünya üzrə insanların insan hüquqları ilə bağlı qeyd etdiyi günləri bir araya toplamaq üçün yenilənmiş cəhddir; hüquq mübarizləri təltif olunur, insan hüquqlarının pozuntuları xatırlanır və ümidlər və sevinc bayram edilir. Əsas tarixlər rəsmi BMT Beynəlxalq günləri, QHT-lər tərəfindən tanınan Dünya Günləri, tarixi hadisələrin ildönümləri və bəzi tanınmış insan hüquqları fəallarının ad günlərindən götürülmüşdür. Bu siyahı tamamlanmış və ya yekun siyahı deyil, başlanğıc nöqtə sayılmalı və buraya sizin xatırlanmalı olduğunu hesab etdiyiniz günlər əlavə edilməlidir. Təqvimin surəti çıxarıla və insan hüquqları məsələlərinə ilkin marağı oyatmaq üçün post-er kimi divara asıla bilər. Belə ki, bu təqvim insan hüquqlarının əhatə dairəsini və müxtəlifliyini olduqca yaxşı əks etdirir. İnsanları rəy bildirməyə dəvət edin: Qeyd olunan günlərin hamısı onlar üçün məna daşıyır? Hansı yerli və milli günləri buraya daxil etmək istəyərdilər? 2-ci fəsildəki hər məşğələ üçün bir əsas tarix müəyyən olunub. Təqvimin hazırlanmasında məqsəd onun illik insan hüquqları təhsili proqramının qurulması üçün vasitə kimi istifadə olunmasıdır. Hər həftə və ya ay üçün başlanğıc nöqtə “həmin mövzu üzrə” məşğələ ola bilər. Məsələn, 3 may, Dünya Mətbuat Azadlığı Günündə “Ön səhifə” məşğələsini və ya 25 noyabr, Qadınlara qarşı Zorakılığın Aradan qaldırılması üzrə Beynəlxalq Gündə “Ailədaxili işlər” məşğələsini edə bilərsiniz. Alternativ kimi, qrup həmin günlərdə başqa təşkilatlar tərəfindən təşkil olunan tədbirlərdə və ya fəaliyyətlərdə iştirak edərək “hərəkətə keçə” bilər, məsələn, 22 aprel Ətraf mühit Gününü ətraf mühit qrupu ilə qeyd etmək. Hərəkətə keçmək üçün bəzi ilkin fikirlərlə tanış olmaq istəyirsinizsə, Hər kəs Fərqli - Hər kəs Bərabər Təhsil Paketindəki “Fəaliyyətlərin A-Z-si” hissəsinə baxın. Effektiv iş aparmaq üçün məsləhətlər və göstərişləri bu kitabın 3-cü fəslindəki “Hərəkətə keçmək” hissəsindən oxuya bilərsiniz. İnsan hüquqları anlayışı hər il inkişaf etdiyi kimi, bu təqvim də inkişaf etməlidir. Siz – bu kitabın istifadəçiləri üçün çağırış ilin hər günündə insan hüquqlarını qeyd etmək üçün yeni yollar tapmaqdır.
Tarix | Təsviri | Təsviri Gün haqqında məlumat | Fəaliyyət |
---|---|---|---|
27 yanvar | Holokostun Xatırlanması Günü |
27 yanvar ən böyük Nazi ölüm düşərgəsi Ausşvitz-Birkenaunun azad olunmasının ildönümüdür. 2005-ci ildə BMT Baş Assambleyası Nazi dövrünün qurbanlarının yad olunması üçün bu günü Holokostun Xatırlanması üzrə Beynəlxalq Gün kimi müəyyən etdi. |
Tarixi Yaddaş Etiketləri |
8 fevral | Daha Təhükəsiz İnternet Günü |
Daha Təhlükəsiz İnternet Günü Insafe tərəfindən onlayn texnologiya və mobil telefonlardan daha təhlükəsiz və məsuliyyətli istifadənin, xüsusilə gənclər və uşaqlar arasında təbliği üçün təşkil olunmuşdur. |
Mənim həyatım tamaşa deyil |
12 fevral | Qırmızı Əl Günü |
Uşaq əsgərlərdən istifadə olunmasını dayandırmaq uğrunda Qlobal |
Daş atmaq |
21 fevral | Beynəlxalq Ana dili Günü |
1999-cu ildən bəri YUNESKO çoxdillilik və linqvistik müxtəlifliyin təbliği, o cümlədən təhlükə altında olan dillərin qorunması üzrə daha geniş və beynəlxalq öhdəliyə təkan vermək üçün bu günü təbliğ edir. |
Dil baryeri |
8 mart | Beynəlxalq Qadınlar Günü |
Beynəlxalq Qadınlar Günü (8 mart) keçmiş, indi və gələcək qadınların iqtisadi, siyasi və sosial nailiyyətlərini qeyd etmək üçün qlobal gündür. İlk dəfə bu gün 1911-ci ildə qeyd olunub. BMT səviyyəsində 1975-ci ildən bəri qeyd olunur. |
Bərabərlik ölkəsinə yol |
12 mart | Kiber senzuraya qarşı Dünya Günü |
Kiber senzuraya qarşı Dünya Günü 12 mart 2009-cu ildə Sərhədsiz Müxbirlər və Beynəlxalq Amnistiyanın tələbi ilə keçirilmişdir. |
|
18 mart | Avropada ilk universal əsaslı parlament seçkiləri |
1917-ci ildə Finlandiyada keçirilmişdir. | Səs vermək yoxsa verməmək? |
21 mart | Dünya Poeziya Günü |
1999-cu ildə YUNESKO tərəfindən bəyan olunub. Günün məqsədi poeziyanı oxumaq, yazmaq, nəşr və tədris etməyi təbliğ etməkdir. |
|
21 mart | İrqi Ayrıseçkiliyin Aradan qaldırılması üzrə Beynəlxalq Gün |
1960-cı ilin bu günündə Cənubi Afrikada, Şarpvildə polis aparteid rejimi tərəfindən “qəbul olunmuş qanunlara” qarşı dinc nümayiş keçirən insanlara atəş açmış və 69 nəfəri qətlə yetirmişdir. 1966-cı ildə Günü bəyan edən Baş Assambleya beynəlxalq ictimaiyyəti irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üçün səylərini ikiyə qatlamağa çağırdı. |
İrqçiliyə cavab vermək |
22 mart | Dünya Su Günü | Formal şəkildə ilk dəfə BMT-nin 1992-ci ildə Braziliyanın Rio de Janeyro şəhərində keçirilmiş Ətraf mühit və İnkişaf konfransının (UNCED) Gündəlik 21-də təklif olunmuşdur. Keçirilməsinə 1993-cü ildə başlanmışdır, məqsəd su resurslarının inkişafının iqtisadi məhsuldarlıq və sosial rifah üçün əhəmiyyəti ilə bağlı məlumatlılığı artırmaqdır. |
|
23 mart | Dünya Meteorologiya Günü |
Ümumdünya Meteorologiya Təşkilatı (WMO). Bu təşkilatın hava proqnozu ilə bağlı apardığı iş ərzaq təhlükəsizliyi, su resursları və nəqliyyatın təmin olunması üçün vacibdir. |
|
24 mart | Dünya Vərəm Günü |
1882-ci ilin bu günündə Dr. Robert Koks Berlində bir qrup həkimə özünün vərəm çöpləri ilə bağlı ixtirasını təqdim etmişdir. ÜST tərəfindən 1992-ci ildə rəsmi gün elan edilmişdir. |
|
Aprelin 2-ci Çərşənbə axşamı |
Avropa Bərabər Maaş Günü |
BPW Avropa (Biznes və Peşəkar Qadınlar) tərəfindən elan edilmişdir. | Müxtəlif maaşlar |
7 aprel | Dünya Sağlamlıq Günü |
İlk dəfə 1950-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən gərəksiz əzab, eləcə də həyat və sağlamlığı təmin etmək üçün hamıdan tələb olunanlarla bağlı məlumatlılığı artırmaq üçün təsis olunmuşdur. |
Bircə dəqiqə |
8 aprel | Dünya Roma İnsanları Günü |
Gün 1990-cı ildə roma mədəniyyətini qeyd etmək və roma insanlarının problemləri üzrə məlumatlılığı artırmaq üçün rəsmi təsis olunmuşdur.. |
Dosta! |
23 aprel | Dünya Kitab və Müəlliflik Hüququ Günü |
Günü qeyd etməklə YUNESKO müəlliflik hüquqları vasitəsilə əqli mülkiyyətin oxunması, nəşri və qorunmasını təmin etməyə çalışır. İlk dəfə 1995-ci ildə qeyd olunub. Dünya Kitab Günü kimi də tanınır. |
|
28 aprel | Dünya İşdə Sağlamlıq və Təhlükəsizlik Günül |
Beynəlxalq Əmək Təşkilatı (ILO) tərəfindən bəyan olunub. | |
1 may | Beynəlxalq İşçilər Günü |
Həmçinin, “May Günü” kimi tanınır. Beynəlxalq Əmək Hərəkatı ilə bağlı keçirilir. |
Həmkarlar İttifaqı görüşü |
Mayın 2-ci Şənbəsi |
Dünya Ədalətli Ticarət Günü |
Dünya Ədalətli Ticarət Təşkilatı tərəfindən bəyan olunub.. | Ehtiyatlı ol, biz baxırıq |
3 may | Dünya Mətbuat Azadlığı Günü |
1993-cü ildə YUNESKO tərəfindən dünyada mətbuat azadlığını və azad, plüralist və müstəqil KİV-in istənilən demokratik cəmiyyətin vacib elementi olduğu ideyasını təbliğ etmək üçün bəyan olunub. |
Ön səhifə |
5 may | Avropa Günü (Avropa Şurası) |
Avropada sülh və birliyin hər il qeyd olunması. Avropa Gününün iki fərqli tarixi var: 5 may Avropa Şurası üçün və 9 may Avropa İttifaqı üçün. |
Hər kəs Fərqli - Hər kəs Bərabər |
8 may | Dünya Qırmızı Xaç və Qızıl Aypara Günü |
Dünya Qırmızı Xaç Günü dünya üzrə Milli Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlərinin apardığı işi tərənnüm edir və xatırladır. |
Hüquqlar Binqosu |
8-9 may | İkinci Dünya Müharibəsində Həyatını İtirənlərin Xatırlanması və Barışıq Günü |
2004-cü ildə BMT Baş Assambleyası tərəfindən İkinci Dünya Müharibəsində həyatını itirənləri xatırlamaq üçün bəyan olunub. |
Tarixi yaddaş etiketləri |
15 may | Beynəlxalq Ailələr Günü |
1993-cü ildə BMT Baş Assambleyası tərəfindən ailə məsələləri ilə bağlı məlumatlılığı artırmaq üçün bəyan edilib. |
İş və uşaqlar |
15 may | Beynəlxalq Vicdanlı Etiraz Günü |
Beynəlxalq Müharibə Əleyhdarları tərəfindən müharibənin səbəblərinə qarşı dinc fəaliyyəti təbliğ etmək, dünya üzrə müharibədə və ya ona hazırlıq prosesində iştiraka etiraz edən insanları birləşdirmək və dəstəkləmək üçün bəyan olunub. |
|
17 may | Homofobiya və Transfobiya əleyhinə Beynəlxalq Gün |
UNAID – QİÇS üzrə Birgə BMT Proqramı. Parisdə yerləşən “IDAHO Komitəsi” tərəfindən koordinasiya olunur. |
Gəlin cinsi əlaqədən danışaq! |
17 may | Dünya İnformasiya Cəmiyyəti Günü |
BMT tərəfindən 2005-ci ildə İnternet və yeni texnologiyalar vasitəsilə cəmiyyətə gətirilən dəyişikliklərlə bağlı qlobal məlumatlılığı artırmaq üçün elan olunub. Həmçinin, rəqəmsal bölgünü azaltmağa kömək edir. |
|
21 may | Dünya Anti-Terrorizm Günü |
Dünya Anti-Terrorizm Günü terrorizm və zorakılığın bütün formalarına qarşıdır. Hindistanda təsis olunmuşdur, çünki “burada hər il minlərlə gənc terrorist düşərgələr və təşkilatların sıralarına cəlb olunur.” |
Terrorizm |
21 may | Dünya Mədəni Müxtəliflik, Dialoq və İnkişaf Günü |
BMT tərəfindən tərəqqi, dayanıqlı inkişaf və qlobal səviyyədə dinc birgə yaşayışa nail olmaq üçün bir vasitə kimi mədəni müxtəlifliyin qorunması məqsədilə 2002-ci ildə elan olunub. |
Bizim Gələcəyimiz |
22 may | Bioloji Müxtəliflik üzrə Beynəlxalq Gün |
BMT Baş Assambleyası tərəfindən 2000-ci ildə biomüxtəliflik məsələlərinin təbliği ilə bağlı elan olunub. Daha öncə, 29 dekabrda qeyd olunurdu. |
|
26 may | Dünya Çağırış Günü |
Hər il TAFISA (Hamı üçün İdman üzrə Beynəlxalq Assosiasiya) tərəfindənn təşkil olunur. Dünyanın müxtəlif hissələrindən olan icmalar mümkün qədər çox insanı fiziki fəallığa həvəsləndirmək üçün yarışır. |
Hamı üçün İdman |
28 may | Avropa Qonşular Günü |
Avropa Şurası tərəfindən sponsorluq edilir. Məqsəd şəhərlərin və sosial yaşayış təşkilatlarının qonşuluq şənlikləri və bənzər tədbirlərə təkan verməklə yerli icmaları gücləndirməsidir. |
Güllər və hüquqlar |
29 may | Beynəlxalq BMT Sülhməramlıları Günü |
BMT tərəfindən 2002-ci ildə BMT-nin sülhməramlı əməliyyatlarında iştirak etmiş bütün kişi və qadınları yüksək peşəkarlıq səviyyələrinə, fədakarlıq və cəsarətlərinə görə tərənnüm etmək, eləcə də sülh uğrunda həyatını itirənlərin xatirəsini anmaq üçün təsis edilmişdir. |
|
31 may | Tütün əleyhinə Dünya Günü |
1987-ci ildə ÜST tərəfindən qlobal diqqəti tütünün dünyada geniş yayılmış istifadəsi və sağlamlıq risklərinə yönəltmək üçün 24 saat tütünün bütün növlərindən imtinanı təşviq etməklə başladılmışdır. |
|
4 iyun | Aqressiyanın Günahsız Uşaq Qurbanlarının Beynəlxalq Günü |
Bir çox uşaqların fiziki, mənəvi və emosional istismarın qurbanı olaraq çəkdiyi əzabları və uşaq hüquqlarının qorunmasının əhəmiyyətini insanlara xatırlatmaq üçün 1982-ci ildən bəri qeyd olunur. |
Bizim alternativlərimiz var? |
5 iyun | Dünya Ətraf Mühit Günü |
BMT Baş Assambleyası 1972-ci ildə ətraf mühitin qorunması və inkişafına olan ehtiyac üzrə ictimai məlumatlılığı dərinləşdirmək üçün təsis edib. |
Barmaqlar və baş barmaqlar |
12 iyun | Uşaq Əməyinə qarşı Dünya Günü |
Beynəlxalq Əmək Təşkilatı Uşaq Əməyinə qarşı ilk Dünya Gününü 2002-ci ildə təşkil edib. |
Aşığın hekayəsi |
17 iyun | Səhralaşma və Quraqlıqla Mübarizə üzrə Dünya Günü |
BMT tərəfindən 1995-ci ildə səhralaşma və quraqlığın təsiri ilə mübarizədə beynəlxalq əməkdaşlığa, o cümlədən Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyanın yerinə yetirilməsinə duyulan ehtiyacla bağlı məlumatlılığı artırmaq üçün elan olunub. |
|
20 iyun | Dünya Qaçqınlar Günü |
Baş Assambleya tərəfindən 2000-ci ildə Qaçqınların Statusu üzrə 1951-ci il Konvensiyasının 50-ci ildönümünü qeyd etmək üçün elan olunub. |
İçəri girə bilərəm? |
23 iyun | BMT Dövlət Qulluğu Günü |
BMT tərəfindən dövlət qulluğunun inkişaf prosesində töhfəsini vurğulamaq üçün elan olunub. |
|
26 iyun | BMT tərəfindən dövlət qulluğunun inkişaf prosesində töhfəsini vurğulamaq üçün elan olunub. |
Baş Assambleya 1987-ci ildə narkotiklərdən istifadə olunmayan beynəlxalq cəmiyyət qurmaq üçün əməkdaşlıq və fəaliyyəti gücləndirmək məqsədilə bu günü keçirməyə qərar verdi. |
|
26 iyun | İşgəncə Qurbanlarına Dəstək üzrə BMT Beynəlxalq Günü |
BMT tərəfindən 1997-ci ildə elan olunmuş bu günün məqsədi işgəncənin aradan qaldırılması və İşgəncə və Digər Qəddar, Qeyri-insani və Alçaldıcı Rəftar və ya Cəza əleyhinə 1984-cü il Konvensiyasının effektiv şəkildə yerinə yetirilməsidir. İlk dəfə 1987-ci il 26 iyunda qeyd olunub. |
Çahal Böyük Britaniyaya qarşı |
İyulun ilk Şənbəsi |
Beynəlxalq Kooperativlər Günü |
BMT Baş Assambleyası tərəfindən 1992-ci ildə elan olunub. Tarix Beynəlxalq Kooperativ Alyansının yüzilliyini təcəssüm etdirir və kooperativlərin inkişafın ayrılmaz faktoru olmasını müəyyən edir. |
|
11 iyul | Dünya Əhali Günü |
BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən 1989-cu ildə əhali məsələlərinin təcililiyi və əhəmiyyətinə diqqət çəkmək üçün elan olunub. |
|
18 iyul | Beynəlxalq Nelson Mandela Günü |
2009-cu ildə BMT keçmiş Cənubi Afrika Prezidentinin sülh və azadlıq mədəniyyətinə verdiyi töhfələrə görə 18 iyulu “Beynəlxalq Nelson Mandela Günü” elan edib. |
Qadın və kişi qəhrəmanlar |
2 avqust | Roma insanlarının və Sinti Soyqırımının Xatırlanması Günü |
Bu tarix 1944-cü il avqustun 2-dən 3-ə keçən gecə nasistlər tərəfindən Birkenau qaz kameralarında üç min kişi, qadın və uşaq qətlə yetirilməklə “Qaraçı Ailə Düşərgəsi”nin likvidasiyasını təmsil edir. |
|
6 avqust | Hiroşima Günü | 1945-ci ildə Yaponiyada, Hiroşimada ilk atom bombasının qurbanları yad olunur. |
|
9 avqust | Beynəlxalq Yerli Xalqlar Günü |
Baş Assambleya tərəfindən 1994-cü ildə dünyadakı yerli xalqların hüquqlarının tanınması və qorunması məqsədilə elan olunub. |
Makah balina ovu |
12 avqust | Beynəlxalq Gənclər Günü |
BMT tərəfindən 1999-cu ildə dünya üzrə gənclərin məsələlərinə diqqət çəkmək üçün elan olunub. |
Bizim gələcəyimiz |
23 avqust | Kölə Ticarəti və onun Ləğvinin Xatırlanması üzrə Beynəlxalq Gün |
Bu gün YUNESKO tərəfindən transatlantik kölə ticarətininin yad olunması üçün təsis olunub. 23 avqust 1791-ci ildə Kariblərdə Santo Dominqoda kölələrin başlatdığı üsyan Haitiyə də yayılmış və insan hüquqları uğrunda mübarizəyə təkan vermişdir. |
Vaxt şkalaları |
23 avqust | Stalinizm və Nasizm Qurbanlarının Xatırlanması üzrə Avropa Günü |
Avropa Parlamenti tərəfindən 2008-ci ildə bəyan olunub. | |
8 sentyabr | Beynəlxalq Savadlılıq Günü |
YUNESKO tərəfindən elan olunmuş, ilk dəfə 1966-cı ildə qeyd olunmuşdur. Məqsəd fərd, icma və cəmiyyətlərə savadın əhəmiyyətini vurğulamaqdır. |
Hamı üçün Təhsil? |
15 sentyabr | Beynəlxalq Demokratiya Günü |
2007-ci ildə BMT tərəfindən elan olunub. | Əlaqələr qurmaq |
19 sentyabr | Səs vermək hüququ Günü |
1893-cü ilin bu günü Yeni Zelandiyada qadınlara səs vermək hüququ verildi, dünyada bunu edən ilk ölkə oldu. |
Seçkiqabağı kampaniya |
21 sentyabr | Beynəlxalq Sülh Günü |
BMT Baş Assambleyası tərəfindən 1981-ci ildə elan olunub, qlobal atəşkəs və qeyri-zorakılıq günü, bütün xalqları və insanları Gün ərzində düşmənliyin dayandırılmasına dəvət kimi keçirilməlidir. |
Slipivildə məscid |
28 sentyabr | Bilmək hüququ Günü |
Dünya üzrə məlumata çıxışı müdafiə edən şəxslər tərəfindən təsis olunub. İlk dəfə 2003-cü ildə hər bir fərdin hökumətin saxladığı məlumata çıxış hüququ ilə bağlı məlumatlılığı artırmaq üçün keçirilmişdir. |
Nərdivanda |
Oktyabrın ilk Bazarertəsi |
Dünya Yaşayış Məkanı Günü (Xarabalıqlar olmayan şəhərlər) |
BMT tərəfindən təsis olunmuş gün. İlk dəfə 1986-cı ildə qeyd olunub. Məqsəd şəhərlərimizin vəziyyətini və layiqli yaşayış məkanına əsas insan hüququnu əks etdirməkdir. |
İki şəhərin nağılı |
Oktyabrın ikinci Çərşənbəsi |
Beynəlxalq Təbii Fəlakətlərin Azaldılması Günü |
BMT tərəfindən 2002-ci ildə təbii fəlakətlərin azaldılması üzrə qlobal mədəniyyəti, o cümlədən fəlakətlərin qarşısının alınması, yumşaldılması və hazırlıq görülməsini təbliğ etmək üçün təsis olunub. |
Həyat şəbəkəsi |
1 oktyabr | Beynəlxalq Yaşlılar Günü |
BMT Baş Assambleyası 1990-cı ildə bu günü yaşlıların təsirinə məruz qaldığı məsələlərlə bağlı məlumatlılığın artırılması və onların cəmiyyətə verdiyi töhfələrin qiymətləndirilməsi məqsədilə təsis olunub. |
|
1 oktyabr | Beynəlxalq Musiqi Günü |
Beynəlxalq Musiqi Şurası tərəfindən 1975-ci ildə musiqini cəmiyyətin bütün üzvləri arasında təbliğ etmək məqsədilə təsis edilib. |
|
2 oktyabr | Beynəlxalq Qeyri-zorakılıq Günü |
BMT Beynəlxalq Qeyri-zorakılıq Günü təhsil və ictimai məlumatlılıq vasitəsilə qeyri-zorakılığı təbliğ edir. Hind lider Mahatma Qandinin doğum gününə təsadüf edir. |
Həyatımdakı zorakılıq |
5 oktyabr | Dünya Müəllimlər Günü |
YUNESKO tərəfindən 1994-cü ildə gələcək nəsillərin ehtiyaclarının müəllimlər tərəfindən qarşılanmasını və müəllimlərə dəstəyi təmin etmək üçün təsis olunub. |
Tezliklə köhnələcək |
7 oktyabr | Dünya Layiqli İş Günü |
Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən 2008-ci ildə təsis olunub, bu gün dünyadakı həmkarlar ittifaqları layiqli iş üçün ayağa qalxır. |
Je veux travailler ! |
Oktyabrın ikinci Cümə axşamı |
Dünya Görmə Günü |
Ümumdünya Səhiyyə Təşkilatı: qlobal diqqəti korluğa, görmə qüsuruna və görmə qüsurluların sağaldılmasına yönəltmək üçün məlumatlılıq günü. |
Eynəyinizi dəyişin |
10 oktyabr | Ölüm Cəzası əleyhinə Dünya Günü |
Organisée depuis 2002 par la Coalition mondiale contre la peine de mort. | Quand demain frappera à la porte |
10 oktyabr | Dünya Əqli Sağlamlıq Günü |
Dünya Əqli Sağlamlıq Günü Federasiyasının təşəbbüsü ilə 1992-ci ildə qeyd olunub. |
Mən kiməm? |
15 oktyabrın daxil olduğu həftə |
Avropa Yerli Demokratiya Həftəsi |
Avropa Şurası tərəfindən təşkil olunub. Məqsəd yerli demokratiya üzrə biliyi təşviq etmək və yerli səviyyədə demokratik iştirak fikrini təbliğ etməkdir. |
Qoy, hər bir səs eşidilsin |
16 oktyabr | Qoy, hər bir səs eşidilsin |
BMT tərəfindən 1979-cu ildə dünya ərzaq problem ilə bağlı ictimai məlumatlılığı artırmaq və aclıq, qida çatışmazlığı və yoxsulluqla mübarizədə həmrəyliyi gücləndirmək məqsədilə elan olunub. |
Bir addım irəli atın |
17 oktyabr | Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü |
Baş Assambleya tərəfindən 1992-ci ildə bütün ölkələrdə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılmasına olan ehtiyac üzrə məlumatlılığı artırmaq üçün təsis olunub. |
Güc və var-dövlət uğrunda mübarizə |
24 oktyabr | BMT Günü | 1947-ci ildə BMT Nizamnaməsinin ildönümü kimi bəyan olunub. Bu gün “dünya xalqlarına BMT-nin məqsədləri və uğurları barədə məlumat verilir və onların aparılan işə dəstəyi əldə olunur.” |
|
24-30 oktyabr |
Silahsızlanma Həftəsi |
BMT bu həftəni 1978-ci ildə silahlanma yarışı təhlükəsini vurğulamaq, onun dayandırılmasına olan ehtiyacı göstərmək və silahsızlanmanın təcili məsələləri ilə bağlı məlumatlılığı artırmaq üçün bəyan edib. |
|
25 oktyabr | Beynəlxalq Rəssamlar Günü |
Beynəlxalq Rəssamlar Günü kütləvi hərəkatdır. Oktyabrın 25-i Pikassonun doğum günüdür. | Şəkillərlə oynamaq |
3 noyabr | Dünya Kişilər Günü |
Beynəlxalq Kişilər Günü 1999-cu ildə Trinidad və Tobaqoda başladılmışdır. BMT tərəfindən dəstəklənir. Məqsədi diqqəti kişi və oğlanların sağlamlığına, gender münasibətlərinin inkişafına, gender bərabərliyinin təbliğinə və müsbət kişi rol modellərinin vurğulanmasına yönəltməkdir. |
Bərabərlik ölkəsinə Yol |
4 noyabr | Avropa İnsan Hüquqları Konvensiyası |
1950-ci ilin bu günündə Avropa İnsan Hüquqları Konvensiyası imzalanıb | Elektrik Stansiyası |
6 noyabr | Müharibə və Silahlı Münaqişə zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması üzrə Beynəlxalq Gün |
Bu gün BMT tərəfindən 2001-ci ildə silahlı münaqişə zamanı ümumi ətraf mühitimizin qorunmasını təşviq etmək məqsədilə elan olunub. Belə ki, münaqişə zamanı ekosistemlər və təbii resurslar uzunmüddətli dağıdıcı təsirə məruz qalır və bu mənfi təsir milli sərhədləri və indiki nəsili aşır. |
|
9 noyabr | Faşizm və Antisemitizm əleyhinə Beynəlxalq Gün (Kristalnaxt) |
1938-ci ilin bu günündə nasistlər yəhudilərin kütləvi qırğınına başladılar. Yəhudi dükanları (Qırılmış Şüşə Gecəsi). Avropa Şurası tərəfindən tanınır. | |
9 noyabr | 1989, Berlin Divarı dağıdılıb |
Qərbi və Şərqi Avropa arasında sərhədlərin dağıdılmasının başlanğıcını təmsil edir. |
|
11 noyabr | Beynəlxalq Elm və Sülh Günü |
YUNESKO tərəfindən 2001-ci ildə elmin dinc və davamlı cəmiyyətlər üçün rolu ilə bağlı ictimai məlumatlılığı gücləndirmək üçün təsis edilib; ölkələr arasında ortaq elm üçün milli və beynəlxalq həmrəyliyi təbliğ edir. |
|
16 noyabr | Beynəlxalq Dözümlülük Günü |
YUNESKO tərəfindən 1995-ci ildə dözümsüzlük təhlükələri ilə bağlı ictimai məlumatlılığı yaymaq üçün bəyan olunub. |
İnananlar |
18 noyabr | İnsan alverinə qarşı Gün |
Avropa Parlamentinin tövsiyəsi əsasında 2007-ci ildə təsis olunub; insan alverinə qarşı mübarizə və onun qarşısının alınması üçün daha yaxşı siyasətlərə olan ehtiyacla bağlı məlumatlılığı artırmağa imkan verir. |
|
20 noyabr | Ümumdünya Uşaqlar Günü |
BMT tərəfindən 1954-cü ildə dünya uşaqları arasında qardaşlıq və qarşılıqlı anlayış günü və dünya uşaqlarının rifahının yüksəldilməsi üzrə fəaliyyət günü kimi bəyan olunub |
Uşaqların hüquqları |
21 noyabr | Dünya Televiziya Günü |
BMT tərəfindən 1996-cı ildə sülh, təhlükəsizlik, iqtisadi və sosial inkişaf məsələlərinə həsr olunmuş televiziya proqramlarının qlobal mübadiləsinə təkan vermək və mədəni əlaqələri inkişaf etdirmək üçün bəyan olunub. |
Şəkil oyunları |
25 noyabr | Qadınlara qarşı Zorakılığın Aradan qaldırılması üzrə Beynəlxalq Gün |
Qadın hüquqları fəalları 1981-ci ildən bəri noyabrın 25-ni zorakılığa qarşı gün kimi qeyd edir. 1999-cu ildə ictimai məlumatlılığı artırmaq və “qadınlara qarşı zorakılığa ‘Yox’ demək” üçün BMT Günü bəyan edilib. |
|
29 noyabr | Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü |
BMT tərəfindən 1977-ci ildə Fələstinlilərin hüquqları ilə bağlı sərgilər təşkil etmək və digər mədəni tədbirlərlə onlarla həmrəyliyi nümayiş etdirmək üçün elan edilib. |
|
1 dekabr | Dünya QİÇS Günü |
Proclamée en 1988 par les Nations Unies (OMS), préoccupées par les proportions pandémiques du syndrome immunodéficitaire acquis (SIDA). | Dərmanlara çıxış |
2 dekabr | Köləliyin Ləğvi üzrə Beynəlxalq Gün |
1949-cu ildə İnsan Alverinin və Başqalarının İstismar olunmasının Qarşısının alınması üzrə BMT Konvensiyasının qəbul olunduğu tarixi təmsil edir. |
|
3 dekabr | Beynəlxalq Əlil İnsanlar Günü |
BMT tərəfindən 1992-ci ildə əlilliyi olan insanların vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görmək, onlarla bağlı məlumatlılığı artırmaq və onları bərabər imkanlarla təmin etmək üçün bəyan edilib. |
Bacarığı görün |
5 dekabr | İqtisadi və Sosial İnkişaf üçün Beynəlxalq Könüllü Günü |
BMT tərəfindən 1985-ci ildə könüllü xidmətlərin verdiyi töhfələr barədə məlumatlılığı artırmaq, bu yolla, həyatın bütün sahələrində çalışan insanları öz ölkələrində və xaricdə könüllü kimi xidmət göstərməyə həvəsləndirmək üçün bəyan edilib. |
Siz harada dayanırsınız? |
9 dekabr | İqtisadi və Sosial İnkişaf üçün Beynəlxalq Könüllü Günü |
BMT tərəfindən 2003-cü ildə korrupsiya ilə bağlı məlumatlılığı artırmaq, korrupsiyanın həyatın danılmaz faktı kimi qəbul edilməsinə son qoymaq və onu inkişaf üçün əsas maneələrdən biri kimi qeyd etmək məqsədilə bəyan edilib. |
|
10 dekabr | İnsan Hüquqları Günü |
BMT Baş Assambleyası 1950-ci ildə bütün Dövlətləri və maraqlı təşkilatları bu günü 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının ildönümü kimi qeyd etməyə dəvət edib. |
Sözün şəklini çəkin oyunu, Hərəkətə keçin,, Hüquq Mübarizləri |
18 dekabr | Beynəlxalq Miqrantlar Günü |
BMT tərəfindən 2002-ci ildə bütün miqrantların insan hüquqları və əsas azadlıqlarına hörməti təmin etmək üçün bəyan edilib. |
3 əşya |
20 dekabr | Beynəlxalq İnsan Həmrəyliyi Günü |
BMT tərəfindən 2005-ci ildə yoxsulluğa qarşı mübarizədə təşəbbüs kimi irəli sürülmüşdür. Məqsəd bizim müxtəlifliyimizdə əks olunan birliyimizi və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün həmrəyliyi qeyd etməkdir. |
Bizim nə qədərə ehtiyacımız var? |