Məşğələlərin ümumi cədvəli
Başlıq | Mövzular | Ümumi məlumat | Əlaqədar hüquqlar |
• Miqrasiya |
Bu məşğələdə brilliant |
Təqibdən qurtulmaq üçün digər
|
|
• Din və inam |
Bu məşğələdə şəhər şurasının |
Ayrı-seçkiliyə məruz qalmamaq. |
|
Dərmanların əldə olunması | • Sağlamlıq • Qloballaşma • Ayrı-seçkilik və Dözümsüzlük |
Bu məşğələ 2001-ci ildə Cənubi Afrikada “QİÇS dərmanı” adlı məhkəmə işinin simulyasiyasıdır. HİV/QİÇS məsələləri, dərmanların əldə olunması və hüquqlarla bağlı mübahisəli iddialar kimi məsələlərə toxunulmuşdur. |
Yaşamaq və ləyaqət hüququ. Elmi istehsal nəticəsində ortaya çıxan mənəvi və maddi maraqların qorunması hüququ. Sağlamlıq hüququ. |
Bunu həyata keçirin | • Ümumi İnsan Hüquqları • Uşaqlar • Vətəndaşlıq və İştirak |
Bu deatr məşğələsi vasitəsilə iştirakçılar ümumi insan hüquqları anlayışı barədə öz təsəvvürlərini təqdim edirlər. |
Bütün insan hüquqları. |
Hər kəs Fərqli - Hər kəs Bərabər | • Vətəndaşlıq və İştirak • Ayrı-seçkilik və Dözümsüzlük • Qloballaşma • KİV |
Bu kiçik sorğu özü-özlüyündə kifayət qədər provokativ, buna görə də, olduqca maraqlıdır. O, eyni zamanda, anlayışlar və stereotiplər barədə effektiv qrup müzakirəsi üçün əsasdır. |
Ləyaqətlə bağlı bərabərlik. Heç bir fərq olmadan hüquqlar və azadlıqlarla bağlı hüquqlar. Milliyyət hüququ. |
Aşığın hekayəsi | • Uşaqlar • Əmək • Qloballaşma |
Bu müzakirə əsaslı məşğələdir. Başlanğıc nöqtəsi uşaq əməyi ilə bağlı tematik araşdırmadır. İştirakçılar uşaq əməyinin aspektlərini, səbəbləri və onu necə dayandırmaq yollarını araşdırırlar. |
İqtisadi istismardan qorunma. Təhsil hüququ. İstirahət və asudə vaxt hüququ. |
İnananlar | • Din və İnam • Mədəniyyət və İdman • Ayrı-seçkilik və Dözümsüzlük |
İştirakçılar öz müxtəlif inamlarının müqayisə edir və qarşı-qarşıya qoyur. |
İnam və din azadlığı. Fikir və məlumat azadlığı. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ. |
Ehtiyatlı olun, biz görürük | • Qloballaşma • Ətraf mühit • Vətəndaşlıq və İştirak |
Bu məşğələdə iştirakçılar pambıq köynəyin sosial, iqtisadi və ətraf mühit xərcləri barədə məlumatlanırlar. Daha sonra onlar insan hüquqları pozuntuları hallarını aradan qaldırmaq üçün fəaliyyət planı hazırlayır və fəaliyyətə keçirlər. |
Arzuolunan iş və həmkarlar ittifaqına qoşulma hüququ. Yaxşı həyat standartı hüququ. Təhlükəsiz və sağlam mühit hüququ. |
İçəri girə bilərəm? | • Miqrasiya • Ayrı-seçkilik və Dözümsüzlük • Sülh və Zorakılıq |
Bu, başqa ölkəyə qaçmağa çalışan bir qrup qaçqın haqqında rol oyunu məşğələsidir. Bu məşğələ qaçqınların acınacaqlı vəziyyətini və sığınacaq verilməsi və inkar edilməsi ilə bağlı sosial və iqtisadi arqumentləri əhatə edir. |
Digər ölkələrdə sığınacaq axtarma hüququ. Bir şəxsin başqa dövlətə təhvil verilməsinin qadağan edilməsi hüququ. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ. |
Çahal Birləşmiş Krallığa qarşı | • Müharibə və Terrorizm • Sülh və Zorakılıq • Demokratiya |
Avropa İnsan Hüquqları Məhkəməsi qarşısına çıxarılan real məhkəmə işinin simulyasiyası (kiçik məşq) |
İşgəncəyə məruz qalmamaq hüququ. Sığınacaq axtarmaq hüququ. Ədalətli ictimai dinləmə hüququ. |
Eynəklərinizi dəyişin | • Yoxsulluq • Əlillik və Əlillərə qarşı Ayrı-seçkilik • Miqrasiya |
Bu qeyri-formal təhsil tapşırığı kimi istifadə oluna biləcək çox sadə, açıq havada keçirilən məşğələdir. İştirakçılar açıq havaya çıxır və digər içtirakçının gözü ilə yerli vəziyyəti araşdırır |
Bütün hüquqlar. |
Uşaqların hüquqları | • Uşaqlar • Ümumi İnsan Hüquqları • Təhsil |
Bu məşğələ Uşaq Hüquqları Konvensiyasını müzakirə etmək və maarifləndirmə işinin aparılması üçün brilliant sıralamasından istifadə edir. |
Uşaqların hüquqları (bütün hüquqları). Ona təsir edə biləcək bütün məsələlərlə bağlı azad şəkildə fikrini ifadə etmək hüququ. İqtisadi istismardan qorunma hüququ. İstirahət və asudə vaxt hüququ və bir kəsin öz mədəniyyətindən həzz alma hüququ. |
Müxtəlif maaşlar | • Əmək • Gender • Ayrı-seçkilik və Dözümsüzlük |
Bu, insanları əmək bazarındakı reallıqlarla üz-üzə qoyan məşğələdir. Bu məşğələ eyni işə görə verilən müxtəif maaşlar, iş yerində ayrı-seçkilik və gənc işçilər üçün az maaş siyasəti məsələlərini əhatə edir. |
Arzuolunan iş və həmkarlar ittifaqına qoşulma hüququ. Ədalətli maaş və eyni iş üçün eyni maaş hüququ. Yaş və cinslə bağlı heç bir ayrı-seçkiliyə məruz qalmama hüququ. |
Alternativlərimiz var? | • Sülh və Zorakılıq • Uşaqlar • Sağlamlıq |
Bu, insanlar arasında zorakılıq və aqressiv davranış məsələlərini əhatə edən rol oyunudur. |
Ləyaqət hüququ. Fiziki və əqli zorakılığın bütün formalarından qorunmaq hüququ. |
Daxili işlər | • Gender • Sülh və Zorakılıq • Sağlamlıq |
İştirakçılar ailədaxili zorakılığın müxtəlif formalarının qarşısının alınması və səbəblərinin təhlil edilməsi üçün tematik araşdırmaları müzakirə edir. |
Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ. İşgəncəyə və alçaldıcı rəftara məruz qalmamaq hüququ. Qanun qarşısında bərabərlik hüququ. |
Dosta! | • Tarixi Yaddaş • Müharibə və Terrorizm • Ayrı-seçkilik və Dözümsüzlük |
Bu məşğələdə iştirakçılar Holokostun roma qurbanları barədə maarifləndirmə aparılması ilə bağlı fəaliyyət planı hazırlayır və həyata keçirir. |
Ayrı-seçkiliyə məruz qalmamaq hüququ. Yaşamaq hüququ. Mədəni hüquqlar. |
“Sözün şəklini çəkin” oyunu | • Ümumi insan hüquqları | Bu insanların insan hüquqlarına aid olan sözü başa salmaq üçün şəkil çəkdiyi qrup oyunudur. |
Düşüncə və ifadə azadlığı. Fikir azadlığı. Ləyaqət və hüquqlarda bərabərlik. |
Hamı üçün təhsil? | • Təhsil • Uşaqlar • Vətəndaşlıq və İştirak |
Bu məşğələdə iştirakçılar dünyada təhsilin qeyri-bərabər şəkildə ötürülməsi və “Hamı üçün təhsil”i necə əldə etməklə bağlı cüt kartları yerləşdirməli və uyğunlaşdırmalıdır. |
Təhsil hüququ. Tam fiziki, əqli, ruhi, mənəvi və sosial inkişaf hüququ. Bərabərlik hüququ. |
Seçkiqabağı kampaniya | • Demokratiya • Vətəndaşlıq və İştirak • Ümumi İnsan Hüquqları |
Bu, demokratiya və demokratik müzakirə ilə əlaqədar hüquq və öhdəlikləri əhatə edən müzakirəyönümlü məşğələdir. |
Hökumət və azad seçkilərdə iştirak hüququ. Düşüncə və ifadə azadlığı. Fikir azadlığı. |
Hüquq mübarizləri | • Ümumi İnsan Hüquqları • KİV • Vətəndaşlıq və İştirak |
Bu məşğələdə insan hüquqları qəhrəmanlarına marağın artırılması üçün məlumat kartlarından istifadə edilir. |
Düşüncə və ifadə azadlığı. Qanun qarşısında bərabərlik hüququ və ədalətli məkhəmə hüququ. İşgəncəyə və alçaldıcı rəftara məruz qalmamaq hüququ. |
Barmaqlar və baş barmaqlar | • Ətraf mühit • Sülh və Zorakılıq • Miqrasiya |
Bu ən yaşıl gənc qrupunu tapmaq üçün müsabiqə simulyasiyasıdır. Onlar dürüst olacaq, yoxsa hiylədən istifadə edəcək? |
Qanun qarşısında bərabərlik hüququ. Yaşamaq və sağ qalma hüququ. Hüquq və azadlıqların tam şəkildə reallaşdığı beynəlxalq sistem hüququ. |
Gül gücü | • Ümumi İnsan Hüquqları • Din və İnam • Uşaqlar |
Bu, ümumilikdə insan hüquqları barəsində müzakirəyə aparan yaradıcı məşğələdir: insan hüquqları nədir, onlar nəyə görə mövcuddur və biz onları necə qorumalıyıq. |
Bütün hüquqlar. |
Ön səhifə | • KİV • Qloballaşma • Ətraf mühit |
Bu, öz qəzetlərinin ilk səhifəsini nəşr üçün hazır edən bir qrup jurnalistin simulyasıyasıdır. |
Fikir, düşüncə və ifadə azadlığı. Şəxsi, ailə həyatına, şəxsi mülkə və yazışmalara müdaxilə olunmaması hüququ. Cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ. |
Qadın və kişi qəhrəmanlar | • Gender • Ayrı-seçkilik və Dözümsüzlük • Vətəndaşlıq və İştirak |
Bu məşğələ qadın və kişi qəhrəmanlardan sosiallaşma və mədəniyyət simvolları olması və gender stereotiplərinin bizim tarixi mədəniyyətimiz və gündəlik həyatımızda necə kök salması barədə fərdi, kiçik və böyük qrup işi, beyin fırtınası və müzakirələri özündə birləşdirir. |
Bərabərlik hüququ. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ. Düşüncə və ifadə azadlığı. |
Bizə nə qədər lazımdır? | • Müharibə və Terrorizm • Sağlamlıq • Təhsil |
Bu məşğələ müzakirə və qərar qəbul etmə prosesini özündə birləşdirir. Kiçik qruplarda çalışmaqla, iştirakçılar Minilliyin 8 İnkişaf Məqsədini maliyyələşdirmək üçün qlobal hərbi büdcəni yenidən necə bölüşdürəcəkləri barədə razılığa gələcəklər. |
Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ. İnkişaf hüququ. Yaxşı həyat standartı hüququ. Sağlamlıq və təhsil hüququ. |
Mən işləmək istəyirəm! | • Əlillik və Əlillərə qarşı Ayrı-seçkilik • Əmək • Ayrı-seçkilik və Dözümsüzlük |
Bu məşğələdə fiziki qüsurlu insanların işləmək hüququnu araşdırmaq üçün rol oyunundan istifadə olunur. |
İşləmək hüququ. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ. Yaxşı həyat standartı hüququ. |
Bircə dəqiqə | • Mədəniyyət və İdman • Qloballaşma • Ümumi İnsan Hüquqları |
Bu məşğələ zamanı insanlar idman və insan hüquqları arasındakı münasibət haqqında tez və yaradıcı danışmalıdır. |
Bütün insan hüquqları.. |
Dil baryeri | • Miqrasiya • Müharibə və Terrorizm • Ayrı-seçkilik və Dözümsüzlü |
Bu, qaçqınların sığınacaq üçün müraciət etdiyi zaman üzləşdikləri çətinliklərlə bağlı simulyasiyadır. Qaldırılan məsələlər qaçqınların üzləşməli olduğu məyusluq və emosional faktorlar, dil baryerinin və qəbul proseduru zamanı ayrı-seçkiliyin öhdəsindən gəlməyi əhatə edir. |
Sığınacaq axtarmaq və ondan istifadə etmək hüququ. Etnik mənsubiyyət və ya aid olduğu ölkə ilə bağlı ayrı-seçkiliyə məruz qalmamaq hüququ. Günahkar olduğu sübut olunmayanadək günahsız hesab olunma hüququ. |
Qoy hər bir səs eşidilsin | • Təhsil • Vətəndaşlıq və İştirak • Uşaqlar |
Bu, kiçik qruplarla müzakirə məşğələsi və təhsilin nə olduğu və insanların ehtiyaclarını necə ödədiyi və ya ödəmədiyi və qərar qəbulu prosedurunda iştirakla bağlı plenar iclasdır. |
Təhsil hüququ, insan hüquqları təhsili də buraya daxildir. Düşüncə və ifadə azadlığı. Öz ölkənin hökumətində iştirak hüququ. |
Gəlin cins barəsində danışaq! | • Gender • Ayrı-seçkilik və Dözümsüzlük • Sağlamlıq |
Bu məşğələ seksuallığa yanaşmaları araşdırarkən “balıq qabı” üsulundan istifadə edir. |
Bərabərlik hüququ. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ. Düşüncə və ifadə azadlığı. |
Makah balina ovu | • Mədəniyyət və İdman • Ətraf mühit • Qloballaşma |
Bu məşğələ dəniz resurslarından davamlı istifadə və yerli əhalinin öz iqtisadi, sosial və mədəni inkişafı məsələləri ilə bağlı kiçik qrup işi, rol oyunu, müzakirə və konsensus əldə etməkdən ibarətdir. |
Cəmiyyətin mədəni həyatında iştirak hüququ. Ərzaq və təbii ehtiyatların əldə olunması hüququ. Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ. |
Əlaqələrin qurulması | • Vətəndaşlıq və İştirak • Demokratiya • Ümumi İnsan Hüquqları |
This activity involves negotiation about the rights and responsibilities of citizens, the government, NGOs and the media in a democracy | The right to participate in government and in free elections. Freedom of information and expression. Everyone has duties to the community |
Yaddaş etiketləri | • Tarixi Yaddaş • Müharibə və Terrorizm • Mədəniyyət və İdman |
İştirakçılar ictimai müharibə abidələrini yada salaraq, kollektiv şəkildə öz fikir və hislərini ifadə etmək üçün “etiketlərdən ibarət bulud” yaradırlar. |
Yaşamaq, azadlıq və insan təhlükəsizliyi hüququ. Mədəni həyatda iştirak hüququ. Fikir və vicdan azadlığı. |
Mənim həyatım tamaşa deyil! | • KİV • Sülh və Zorakılıq • Təhsil |
Bu məşğələ rol oyunu və müzakirəni özündə birləşdirir. İştirakçılar gənclərin iştirakının mənası barədə düşünür və yerli cəmiyyətdə öz iştiraklarının necə artırılması yollarını müzakirə edir. |
Fikir, düşüncə və ifadə azadlığı. Şəxsi, ailə həyatı, şəxsi mülk və yazışmalara müdaxilə olunmaması hüququ. Qeyri-insani və alçaldıcı rəftara məruz qalmamaq hüququ. |
Nərdivanda | • Vətəndaşlıq və İştirak • Demokratiya • Mədəniyyət və İdman |
Bu məşğələ rol oyunu və müzakirəni əhatə edir. İştirakçılar gənclərin iştirakı barəsində öyrənib özlərinin yerli icmada iştirakını artırmağın yollarını müzakirə edəcəklər. | Hökumət və azad seçkilərdə iştirak hüququ. Mədəni həyatda iştirak hüququ. Düşüncə və məlumat azadlığı. |
Bizim gələcəyimiz | • Uşaqlar • Ətraf mühit • Sağlamlıq |
Bu məşğələdə iştirakçılar öz nəsillərinin gələcəyi barədə ümidləri və narahatlıqlarını izah edir, düşünür və müzakirə edir. Məşğələ gələcək nəsillərə təsir edəcək ətraf mühit məsələləri, yerli inkişaf və insanların ehtiyacları məsələlərini əhatə edir. |
Düşüncə və məlumat azadlığı. Uşağın maraqlarını əhatə edən məsələlərin nəzərə alınması hüququ. Layiqli həyat standardı hüququ. |
Bərabərlik ölkəsinə yol | • Gender • Ayrı-seçkilik və Dözümsüzlük • Təhsil |
Bu məşğələ gender bərabərliyi və qadınlara qarşı ayrı-seçkilik məsələlərinin araşdırılması üçün kiçik qrup işi, təxəyyül və şəkil çəkməyi özündə birləşdirir. |
Cins və genderlə bağlı ayrı-seçkiliyə məruz qalmamaq hüququ. Evlilik və ailə qurmaq hüququ. Qanun qarşısında bərabərlik hüququ. |
Şəkillərlə oynamaq | • Ümumi İnsan Hüquqları | Bu məşğələdə insanlar Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin Maddələrini təsvir edən şəkilləri müəyyənləşdirməyə çalışır. |
Bütün insan hüquqları.. |
Elektrik stansiyası | • Sülh və Zorakılıq • Vətəndaşlıq və İştirak • Ümumi insan hüquqları |
Iştirakçılar öz gündəlik həyatlarında üzləşdikləri zorakılıq haqqında beyin fıtrınası edir və onlarla mübarizə aparmaq və problemlərə həll tapmaq üçün yaradıcı yollar axtarır. |
Yaşamaq, azadlıq və şəxsi təhlükəsizik hüququ. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ. Şəxsi, ailə həyatına, şəxsi mülk və yazışmalara müdaxilə olunmaması hüququ. |
İrqçiliklə mübarizə | • Ayrı-seçkilik və Dözümsüzlük • Mədəniyyət və İdman • Sülh və Zorakılıq |
Bu məşğələdə iştirakçılar irqçilik və qərəzli fikirlə bağlı (xüsusilə romalara qarşı) məsələləri araşdırmaq və məktəb və ya digər təhsil müəssisəsində irqçiliklə necə mübarizə aparmaqla bağlı önəmli hadisənin rol oyununu göstərirlər. |
Ləyaqət və hüquqlarla bağlı bərabərlik. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ. Düşüncə, vicdan və din azadlığı. |
Hüquqlar Binqosu | • Ümumi İnsan Hüquqları | Bu, insanların insan hüquqları ilə bağlı bilik və təcrübəsini bölüşdüyü “Binqo!” oyununun sadə sınağı və variantıdır. |
Hər hansı bir insan hüququ. |
Güc və var-dövlət üçün mübarizə | • Yoxsulluq • Qloballaşma • Sağlamlıq |
Bu məşğələ güc və var-dövlət bərabərsizliyini və yoxulluğun ədalətsizliyini simulyasiya edir. |
Ləyaqət və hüquqlarla bağlı bərabərlik. Yaxşı həyat standartı hüququ. Sağlamlıq, ərzaq və sığınacaq hüququ. |
Bacarığı görün! | • Əlillik və Əlillərə qarşı Ayrı-seçklik • Ayrı-seçkilik və Dözümsüzlük • Uşaqlar |
Fiziki qüsurlu insanlarla empatiyanın təşviqi üçün praktiki məşğələ. Əhatə olunan məsələlər fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası zamanı üzləşdikləri çətinliklər və fiziki qüsurlu insanların hüquqlarının adi insan hüquqları kimi başa düşülməsidir. |
Ayrı-seçkiliyə məruz qalmamaq hüququ. Ləyaqət və hüquqlarla bağlı bərabərlik. Sosial təhlükəsizlik hüququ. |
Tezliklə köhnələcək | • Din və İnam • Qloballaşma • Təhsil |
Bu məşğələdə inamların necə inkişaf etdiyi, onların necə qüvvətləndirildiyi və zamanla necə və nəyə görə dəyişdiyi insanlar tərəfindən müzakirə olunur. |
Düşüncə, vicdan və din azadlığı. Fikir və ifadə azadlığı. Cəmiyyətin mədəni həyatında azad iştirak hüququ. |
Hamı üçün idman | • Əlillik və Əlillərə qarşı Ayrı-seçkilik • Mədəniyyət və İdman • Sağlamlıq |
Bu, yüksək enerjili məşğələdir. İştirakçılar yeni oyunlar tərtib etmək üçün öz təxəyyül və yaradıcılıqlarından istifadə edir. |
Fiziki və əqli sağlamlıq hüququ. Ləyaqət və hüquqlarla bağlı bərabərlik. İstirahət və asudə vaxt hüququ. |
Bir addım irəli atın | • Ayrı-seçkilik və Dözümsüzlük • Yoxsulluq • Ümumi İnsan Hüquqları |
Biz hamımız bərabərik, lakin bəziləri digərlərindən daha bərabərdir. İştirakçılar həyatdakı şansları və imkanlarına əsasən rollarını icra edir və irəliyə gedir. |
Ləyaqət və hüquqlarla bağlı bərabərlik hüququ. Təhsil hüququ. Sağlam və rifah dolu həyat üçün lazım olan həyat standartı hüququ. |
İki şəhərin nağılı | • Vətəndaşlıq və İştirak • Ətraf mühit • Əmək |
Bu, oyunçuların yaşamaq istədikləri şəhər və görmək istədikləri gözəlliklərlə bağlı səs verdiyi oyundur. Məşğələdə sosial həmrəylik, vergilərin ödənilməsi və yerli demokratiyanın dəyəri məsələləri əhatə olunmuşdur. |
Sosial təhlükəsizlik hüququ. Mülkiyyət hüququ. Yaxşı həyat standartı hüququ. |
Terrorizm | • Müharibə və Terrorizm • Sülh və Zorakılıq • Qloballaşma |
Tematik araşdırmalardan istifadə etməklə iştirakçılar bir şeyi nəyin terrorizm hadisəsi etməsini müzakirə edir və terrorizmin tərifini formalaşdırır. |
Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ. İşgəncəyə və alçaldıcı rəftara məruz qalmamaq hüququ. Sülh hüququ. |
Daş atmaq | • Müharibə və Terrorizm • Sülh və Zorakılıq • Uşaqlar |
Bu məşğələdə insanların zorakılıqda iştirak etmə səbəblərini araşdırmaq üçün rol oyunu aparılır. |
Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ. Qanun qarşısında şəxsiyyət kimi tanınmaq hüququ. Qanunla bərabər səviyyədə qorunmaq hüququ. |
Vaxt şkalaları | • Ümumi İnsan Hüquqları • Tarixi Yaddaş • Din və İnam |
İştirakçılar e.ə. 2000-ci ildən bu günə qədər hüquq konseptinin inkişafını özündə birləşdirən hadisələrin xronologiyasını hazırlayır və gələcəklə bağlı düşünür. |
Təhsil hüququ (insan hüquqları təhsili də daxildir). Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ. Din və inam azadlığı. |
Səs vermək və ya verməmək? | • Ümumi İnsan Hüquqları • Tarixi Yaddaş • Din və İnam |
Bu məşğələ seçkilərdə səs vermək və vətəndaş iştirakı ilə bağlı məsələlərin araşdırılması üzrə cəmiyyətdəki insanlar arasında sorğunu əhatə edir. |
Hökumət və azad seçkilərdə iştirak hüququ. Düşüncə və ifadə azadlığı. Dinc toplaşmaq və birləşmək hüququ. |
Həmkarlar İttifaqı görüşü | • Əmək • Demokratiya • Vətəndaşlıq və İştirak |
Bu, işçi və işəgötürən arasında maaşlar və insanlar arasında zorakılıqla bağlı danışıqlar aparılması üçün həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə keçirilən görüşün simulyasiyasıdır. |
şləmək hüququ. Ədalətli iş şərtlərinə sahib olmaq hüququ. Həmkarlar ifttifaqı formalaşdırmaq və onlara qoşulmaq hüququ. Tətil etmək hüququ. |
Həyatımdakı zorakılıq | • Sülh və Zorakılıq • Müharibə və Terrorizm • Sağlamlıq |
Bu məşğələdə insanlar özlərinin insanlararası zorakılıq təcrübələrini araşdırır. |
Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ. Düşüncə, vicdan və din azadlığı. İşgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüququ. |
Həyat şəbəkəsi | • Ətraf mühit • Qloballaşma • Sağlamlıq |
Bu məşğələdə iştirakçılar qlobal ərzaq şəbəkəsində əlaqələr barədə beyin fırtınası edir. Onlar canlı və cansız varlıqların qarşılıqlı asılılığını və insan fəaliyyətinin ətraf mühitə təsirini araşdırır. |
Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ. Bir kəsin təbii sərvət və resurslara sərbəst şəkildə malik olmaq hüququ. İnam və din azadlığı. |
Sabah gələndə | • Sülh və Zorakılıq • Qloballaşma • KİV |
Bu məşğələdə cəmiyyətin cinayətkarlardan mühafizəsi, cinayətkarların insan hüququ və ölüm hökmü kimi məsələlərin araşdırılması üçün məlumat vərəqləri və müzakirədən istifadə edilir. |
Yaşamaq hüququ. İşgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüququ. Ləyaqətdə bərabərlik hüququ. |
Harada dayanırsınız? | • Ümumi İnsan Hüquqları • Vətəndaşlıq və İştirak • Yoxsulluq |
Bu müzakirə məşğələsində insanlar mülki, siyasi, sosial və iqtisadi hüquqlar barədə öz fikirlərini müdafiə edir. |
Bütün hüquqlar.. |
Mən kiməm? | • Gender • Ayrı-seçkilik və Dözümsüzlük • Din və İnam |
Bu məşğələ kimlik məsələlərini araşdırmaq üçün müzakirə qrupları, beyin fırtınası, şəkil çəkmək və qrup müzakirəsini özündə birləşdirir. |
Ləyaqət və hüquqlarla bağlı bərabərlik hüququ. Ayrı-seçkiliyə məruz qalmamaq hüququ. Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ. |
İş və uşaqlar | • Əmək • Gender • Ayrı-seçkilik və Dözümsüzlük |
Bu, iş yerində qadınlara qarşı ayrıseçkilik və reproduktiv hüquqlar məsələlərini əhatə edən rol oyunu məşğələsidir. |
Arzuolunan iş və həmkarlar ittifaqına qoşulmaq hüququ. Evlilik və ailə qurmaq hüququ. |
İnsan Hüquqları Təqvimi | • Bütün | İnsanların insan hüquqlarını qeyd etdiyi günlərin siyahısı; hüquq mübarizlərinə ehtiram edilir, insan hüquqlarının sui istifadə halları yad edilir və ümid və şadlıq qeyd edilir. Əsas tarixlər BMT- nin Beynəlxalq Günləri, QHT-lər tərəfindən tanınmış Dünya Günləri və tarixi hadisələrin ildönümlərindən toplanmışdır. |
Bütün hüquqlar. |
Başlanğıclar | • Digər Kompas məşğələsi ilə məşğul olan hər kəs üçün dəstək. |
Başlanğıclar burada yalnız pozitiv abu-hava yaratmaq üçün deyil, həmçinin, insan hüquqları ideyalarını əyləncəli formada təqdim etmək üçün təsvir olunmuşdur |
Bütün hüquqlar. |
Nəzərdən keçirmə üçün tapşırıqlar | • Digər Kompas məşğələsi ilə məşğul olan hər kəs üçün dəstək. |
Nəzərdən keçirmə insan hüquqları təhsili üzrə bu təlimat vəsaitinin əsas yanaşması sayılan təcrübi təhsil formasının önəmli hissəsidir. Aşağıdakı məşğələlər insanlara öz təcrübələrindən öyrənməklə bağlı yardım etmək üçün asan və əyləncəli üsuldur. Yalnız bir Kompas məşğələsini etdikdən onlardan istifadə etmək olar, lakin onlar daha təfərrrüatlı təhlil və qiymətləndirmə hissəsini əvəz etməməlidir |
İnsan hüquqları təhsili hüququ. Təhsil hüququ. İştirak hüququ. |